23
Dulu ət qabaqca soyuq suda saxlanıb duzu çıxarılırılır,
sonra soyuq suya
salınıb zəif qaynadılaraq bişirilir.
Böyrək 2-3 saat müddətində soyuq suda isladılır,
sonra üstünə soyuq su
tökülüb qaynar vəziyyətə gətirilir və həlimi süzülür.
Bundan da sonra böyrək
yuyulur və ikinci dəfə üstünə soyuq su tökülüb zəif qaynatmaq şərtilə 1-1 ½ saat
ərzində bişirilir.
Dil qaynar suya salınıb zəif qaynatmaq şərtilə 2-3 saat qaynadılır vəsonra tez
soyuq suda yuyulub hələ isti ikən pərdəsi soyulur.
Ət və dil suda bişirilən zaman əldə edilən bulyon şorba və sous hazır-
lanmasında tətbiq edilir.
Bişmiş duzlu ət və xama sousu. Burada bişmiş duzlu ət porsluq tikələrə
doğranır (hər porsda 2-3 tikə). Süfrəyə verilməzdən qabaq duzlu ət tikələri duzsuz
qaynar bulyonda (70-75 dərəcə) qızdırılır.
Sufrəyə verilən zaman duzlu ət isidilmiş porsluq buluda qoyulub yanına
bişmiş kartof düzülür yaxud kartof püresi qoyulur və üstünə xama sousu tökülür.
Sous ayrıca sous qabında da sufrəyə verilə bilər.
Hər pors üçün170q
duzlu mal əti, 4q yerkökü, 4q
baş soğan, 3q cəfəri, 150q
hazır qarnir və 75q hazır sous götürülür.
Dostları ilə paylaş: