2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


Mal əti və kartof qizartması ilə birlikdə lobya konservi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
a-m-hsull.-tex

Mal əti və kartof qizartması ilə birlikdə lobya konservi. Burada kartof 
kübik şəklində doğranıb əsas üsul üzrə qızardılır. Eyni zamanda baş soğan yenə 
kubik şəklində doğranıb yağda qızardılır. 
Konserv bankası açılıb isidilir, mal əti ilə lobya qaba qoyulur və üstünə yağda 
qızardılmış baş soğan əlavə edildikdən sonra hamısı birlikdə qatışdırılıb isidilir. 
Süfrəyə verilən zaman boşqaba qızardılmış isti kartof qoyulub üstünə mal əti 
ilə birlikdə konservləşdirilmiş lobya və soğan əlavə edilir. 
Hər pors üçün burada 100q mal əti ilə birlikdə konservləşdirilmiş lobya, 300q 
kartof, 10q yağ və 20q baş soğan götürülür. 
 
Qızardılmış ət xörəklərin hazırlanma texnologiyası. 


24
Ət dili və xırda tikələrlə əsas üsulda olaraq qızdırıcı şkafda, bol yağ içində 
(frityur) və kömür üzərində qovrulur. Burada hazırlanmış porsluq ət tikələri 
qovurmaqdan qabaq toxmaqla əzilir və bunun da nəticəsində həm ətin birləşdirici 
toxumaları mexaniki sürətlə yumşalır, həm də ət tikəsi müfaviq formaya salınır.
Əsas üsulda qovrulan zaman hazırlanmış yağın içinə salınır və burada ətin sət-
hindəki zülallar tez pıxtaslaşır. Qovurma nəticəsində ətin səthində mürəkkəb üzvi 
birləşmələrdən ibarət xarakterik təm və aromat verən spesifik qazmaq əmələ gəlir. 
Həmin qazmağın bir çox üzvi maddələri insanın həzm orqanlarını təxərrüşə gətirir 
və ona görə də xörək daha yaxşı həzmə gedir. Qovuran zaman ətin suyu buxarlanır, 
əriyən xarakterli üzvi biləşmələrd və müxtəlif duzlar isə qalır ki, bunun da nəti-
cəsində qovrulmuş ət bişmiş ətə nisbətən daha dadlı, daha aromatlı və daha qidalı 
olur. 
Rostbif. Burada can ətin, bel və miyantək hissəsələrindən kəsilmiş iri ət 
tikələri tavada 130-140 dərəcə temperaturda qızdırılmış yağın içinə salınıb qazmaq 
tutunca qovrulur. Sonra ət qızdırıcı şkafa qoyulub hər 5-10 dəqiqədən bir çıxan 
şirəsi öz üzərinə tökülür, rastbif aşağıdakı qaydalarda qovrula bilər: 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin