43
1 kq dondurma üçün burada təxminən 600 q süd, 75 q qaymaq, 250 q çəkər, 3
ədəd yumurta, 0.1 q vanilin yaxud da 700 q süd, 225 q şəkər, 3 ədəd yumurta və
vanilin götürülür.
Meyvəli və giləmeyvəli dondurma hazırlananda
qabaqca meyvə yaxud
giləmeyvə çiy halda da əzilə bilər. Burada əldə edilmiş meyvə-giləmeyvə püresi
soyudulur; eyni zamanda isti
suda şəkər əridilib bişirilir, soyudulur və süzülür.
Sonra meyvə yaxud giləmeyvə püresi həmin şərbətə tökülüb hamısı birlikdə ciddi
qarışdırılır və qəliblərə tökülüb soyudulur. Meyvə yaxud, giləmeyvəli dondurma
müxtəlif yeyinti boyaları ilə boyadıla bilər.
Dondurma iri kürəciklər şəklində krem qabına
yaxud vazalara qoyulub
süfrəyə verilir.
1 kq dondurma üçün burada təxminən 200 q çiyələk yaxud mandarin, 325 q
şəkər və 1 q limon duzu götürülür.
Dostları ilə paylaş: