Firni
Düyü 2-3 saat suda isladılır. Sonra sudan çıxarılıb qurudulur, həvəngdəstədə
döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz
qatılıb bişirilir. Süfrəyə verildikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın
səpilir.
47
Hər pors üçün burada 40q düyü, 200q süd, 10q şəkər tozu, 10q kərə yağı,
0.2q darçın və duz götürülür.
Xəşil
Hər paya 150q su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə
ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəq bişirilir. Süfrəyə
verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı
tökülür.
Hər pors üçün burada 100q buğda unu, 25q ərinmiş yağ, 40q doşab, duz
götürülür.
Sucuq
Soyuq suda açılmış buğda nişastası və ya qarğıdalı unu qaynayan suya
tökülərək arasıkəsilmədən qarışdırılır; şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır
vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sucuğa qatılır, qalan hissəsi isə
xörək süfrəyə veriləndə onun üstünə səpilir
Hər pors üçün burada 50q ev şəraitində hazırlanan buğda nişastası və ya
qarğıdalı unu, 110q su, 20q ərinmiş yağ, 40q şəkər, 40q qoz ləpəsi, 0,1q zəfəran və
duz götürülür.
İstifadə olunan ədəbiyyat
14. Əliyev M.T., Musayev N.X.. Taxıl, un, qənnadı məhsullarının
əmtəəşünaslığı və keyfiyyətinin ekspertizası. Bakı 1999, 531 səh.
15. Əhmədov Ə.İ. Azərbaycan kulinariyasının inciləri. Bakı, Elm, 1997.
16. Əhmədov Ə.İ. Azərbaycan kulinariyası. Bakı, 1986.
17. Лурье И.С.Технохимический контроль сырья в кондитерском произ-
водстве, Москва, Агропромиздат, 1987, 271 с.
18. Курбанов Н.Г.
Крем с пектином для мучных кондитерских изделий.
Аз. НИИНТИ, сер. «Торговля» № 5, Баку, 1977 г.
19. Курбанов Н.Г. Об использовании свекловичного пектина в качестве
стабилизатора крема на растительном масле. Труды МИНХ им.
48
Г.В.Плеханова. Воп. техн. производст. прод. об. пит. Вып. 5, с. 135-144, Мо-
сква, 1972 г.
20. Лурье И.С. Технология и технохимический контроль кондитерского
производства. М., «Легкая и пищевая промышленность», 1981 г., 328 с.
|