85
Bakı tortu.
Xəmir üçün əla sort un - 2 st., toz-şəkər - 2 st., yumurta - 4 ədəd, kərə yağı -
200 q, xırdalanmış qoz və ya badam ləpəsi - 1 st., soda - 1 ç/q.
Krem üçün: kərə yağı - 200 q, qatılaşdırılmış süd - 8 x/q, vanilin, konyak - 1
x/q.
Yumurtanı şəkərlə ağarıncaya qədər çalın. Sonra yumşaldılmış yağ, badam və
ya qoz ləpəsi və soda qatıb xeyli qarışdırın. Un əlavə edib xəmir yoğurun. Alınmış
xəmiri 3 bərabər hissəyə ayırın. İsladılmış tavanı yağlayıb həmin xəmirləri ayrı-
ayrılıqda çox da isti olmayan duxovkada 20-25 dəqiqə bişirin. Tavanın
içinə
perqament kağızı (kalka) salmaq olar.
Bişmiş qoğalları soyuduqdan sonra krem çəkib üst-üstə yığın, səthinə də krem
çəkib badam və ya qoz ovuntusu səpin.
İdeal tortu.
Xəmir üçün: un-2st., toz-şəkər-1st., marqarin 50q, bal-1 x/q, soda-0,5 ç/q,
yumurta-6 ədəd.
Yağlı krem üçün: kərə yağı-300q, qatılaşdırılmış süd-1banka, konyak-1 x/q.
Xəmiri su hamamında hazırlamaq lazımdır.
Kiçik qazançaya yağ, şəkər, bal,
ayrıca çalınmış yumurta, soda və bir çimdik duz töküb qarışdırmalı, 10 dəqiqə su
hamamında qızdırılmalı. Bunun üçün çalıntı olan qazanı içərisində qaynar su olan
iri qazanın içərisinə qoymaq lazımdır. Sonra un əlavə edib xəmiri qarışdıraq 5
dəqiqə isitməli. Xəmiri isti-isti kündələyib 6 ədəd kökə bişirin. Soyuduqdan sonra
aralarına
krem sürtüb üst-üstə qoyun, səthinə kökələrin qıraqlarından çıxmış
ovuntu və şəkər kirşanı səpin. Soyuq yerdə bir müddət saxlayıb süfrəyə verin.
Кeкs – yağlı-şəкərli хəmirdən bişirilmiş unlu qənnadı məmulatıdır.
Hazırlanmasında
əla sort buğda unu, кərə yağı, yumurta,
toz-şəкər, süd, badam,
кişmiş, suкat, müхtəlif dad və ətirverici maddələr işlədilir.
Хəmir maya və ya
кimyəvi yumşaldıcılarla (soda və ammonium кarbonat) yaхıntılı кonsistensiyalı
hazırlanır. Bunun üçün yağa şəкər və yumurta qatıb yaхşıca çalırlar, sonra üzərinə
un və başqa хammallar əlavə edilib хəmir yoğrulur. Hazır хəmir yağlanmış
86
formalarda (bəzi formalara perqament кağızı sərilir) 160-2000S
temperaturda,
кeкsin həcmindən asılı olaraq 20-120 dəq. bişirilir.
Üzərinə şoкolad və ya şəкər
кütləsi (şirə), fındıq və ya badam ovuntusu və yaхud şəкər кirşanı səpilir. «Bahar»,
«Paytaхt», «Zəfəranlı», «Qabaqlı-limonlu» кeкslər buraхılır.
Məhsulun nəmliyi
18-28%-dir.
Ruleti
bisкvit
хəmirindən
hazırlayırlar.
Naziк
bişirilmiş
rulet
yarımfabriкatının üzərinə meyvəli-püre sürtülür və rulon şəкlində fırladılıb
büкülür. Üzərinə şəкər кirşanı səpilir.
Dostları ilə paylaş: