T
əşkilat xalqa mənsub olmalıdır
Gərək təşkilat xalqa mənsub olsun ki, 15 Şəban
kimi qeyd olunsun. Özünüz bilirsiniz, 15 şəbanda
heç kim o birinə demir ki, gəl, qələbə çələngi
bağlayaq. Nə vaxtsa kimsə mane olmaq istəsə, xalq
bir az da həvəslənəcək ki, nəyin bahasına olursa-
olsun, qeyd edək.
1
Ortaq m
əqamları tapın
Məncə, tələbə təşkilatlarının bu birliyi çox yaxşı
haldır. Amma bu, bütün təşkilatların buraxılıb,
ancaq bir təşkilatın yaranması demək deyil. Bu,
yaxşı təcrübə deyil. Çox keçməz ki, o təşkilat da
digər çoxlu təşkilatların problemləri ilə üzləşər.
Doğrusu budur ki, mövcud tələbə təşkilatları
anlaşma yolu ilə, haqqı görmək şərti ilə və tələbə
təbiətinə uyğun şəkildə bir-birlərinə daha da
yaxınlaşsınlar. Haqq sözü ortaya qoyun, razılıq və
narazılığınız dəlil-sübutlara və ağıla əsaslansın.
2
Digər məsələ də bundan ibarətdir ki, mədəni
işlərlə məşğul olan və ölkə mediasında da az-çox
işıqlandırılan digər qurumları heç vaxt özünüzə
rəqib hesab etməyin. İnqilabi mühitdə və inqilabi
işlərdə bir çox metodları ilə müvafiq olduğunuz,
1
Mədəniyyət naziri və İslam Respublikasının xaricdəki mədəniyyət
attaşeləri ilə görüşdə çıxışından, 1991.
2
Nümunəvi tələbələrlə görüşdə çıxışından, 2002.
28
amma bəzilərini doğru hesab etmədiyiniz adamlarla
baxışlarınızı yaxınlaşdırmağa çalışın, onlara rəqib
gözü ilə baxmayın. Məsələn, bəzi inqilabi
təşkilatlarda iki və ya üç mədəni cərəyan
mövcuddur. Onların hər birinin öz yeri var. Onlarla
yaxın dost olun.
1
Biz
öz
siyasi,
iqtisadi
və elmi-mədəni
bünövrəmizi gücləndirmək üçün ilk növbədə
sözbirliyi və vəhdəti mütləq təmin etməliyik. Bunun
üçün hamı çalışmalıdır. Bu həmfikirlik müxtəlif
qrup və təşkilatların fəaliyyətlərini dayandırması
mənasına deyil. Buna əsla lüzum yoxdur. Mənası
budur ki, bir-birimizə qarşı yaxşı fikirdə olaq. “Öz
aralarında mehriban” olsunlar və bir-birlərinə qarşı
dözümlülük göstərsinlər. Uca və ali məqsədləri
təyin etməkdə, onlara çatmaqda bir-birlərinə kömək
etsinlər, narazılıq yaratmaqdan, pis davranışdan,
qarşıdurmadan, təhqir və böhtandan uzaq dursunlar.
Mənim fikrimcə, bu gün vəzifəmiz budur.
2
Mən mömin hərəkətlərin tərəfdarıyam. Mən dini
hisslərlə siyasət, elm və iqtisadiyyat sahəsinə girən
gəncin tərəfdarıyam. Şüarı dini dəyərlər olan bir
gənc mənim üçün müqəddəs və sevimlidir. Düzdür,
mən bütün gəncləri sevirəm, lakin dini dəyərlərə
əhəmiyyətli yanaşan gənclər mənim üçün çox
1
“Atlas” xəbər agentliyinin əməkdaşları ilə görüşdə çıxışından, 2013.
2
İslami Şura Məclisinin rəyasət heyəti və deputatlarla görüşdə
çıxışından, 2002.
29
əzizdirlər.
Bəziləri
dini
dəyərlərə
sədaqət
bildirməklə intizamsızlıq yaradırlar. Mən bu işlə
müvafiq
deyiləm.
Zəncan
universitetlərinin
bəyəndiyim xüsusiyyətlərindən biri budur ki, bu
universitetlərdə müxtəlif tələbə birliklərinin bir-biri
ilə ədəbsiz, hörmətsiz və pis rəftar etmədiklərini,
yaxalaşmadıqlarını dedilər. Bu, çox yaxşı haldır.
Tövsiyə edirəm ki, belə də qalsın. Birliklərin hər
biri öz işlərini görsünlər, amma bir-biri ilə dost
olsunlar, bir-birinə qarşı hörmətsizlik etməsinlər.
Düzdür, inkişaf etmək üçün elmi iradlar bildirmək
yaxşıdır. Siyasi və ictimai təfəkkürə malik bir
təşkilatın üzvləri bir tərəfə toplaşıb əsaslandırma və
danışmaqla məşğul olsunlar. İşləri qurtaranda
bunların sözünü qəbul etməyən başqa bir təşkilat
başqa bir yerdə cəm olsun, onlar da əsaslandırmaya
və danışmağa başlasınlar.
1
Üslub fərqlərindən yaranan çəkişmələri kənara
qoyun, ortaq məqamları tapın. Mən materialist və
ateistlərlə dil tapmağa çalışan, amma öz müsəlman
qardaşı ilə anlaşmaya hazır olmayan şəxslərə
təəccüb edirəm. Aramızdakı çoxlu ortaq məqamları
axtarın. Buradakılar arasında fikir və üslub
müxtəlifliyi ola bilər, amma hamısını vahid bir hiss,
vahid bir məsələ buraya toplayıb. Bu ortaq
xüsusiyyəti tapaq, gücləndirək. Bu, lazım olan
1
Zəncan vilayətinin ali məktəb müəllimləri və tələbələri ilə görüşdə
çıxışından, 2003.
30
böyük ayıqlıqdır və mübariz müsəlmanlar bu gün
belə olmalıdırlar.
1
Dostları ilə paylaş: |