T
əşkilatın zəifləməsi
Təşkilata daim təzə nəfəs və qan verməlisiniz.
Çünki bağlı təşkilata təzə nəfəs, qan və açıq hava
verilməsə, bir müddətdən sonra təbii olaraq
zəifləyər və köhnələr.
Siz təşkilata təzə qan köçürün. Əlbəttə, qan təmiz
olsun, hepatitə, yaxud QİÇS-ə yoluxmuş qandan
istifadə eməyin! Sizin süzgəciniz olsun. Yadınızda
qalsın ki, hepatitə və ya QİÇS-ə yoluxmuş qan da
var. O qan da təqdim olunur, bəzən sevinc də
yarada bilir, amma insanı uzunmüddətli həlakedici
və əlacsız xəstəliklərə də düçar edir. İkinci işiniz,
1
Ali məktəblərin nümunəvi tələbələri ilə görüşdə çıxışından, 2002.
35
yəni təzə və təmiz qan köçürmək üçün bəzi şəxsləri
inkişaf etdirməyiniz lazımdır.
1
Durğunluq və fəaliyyətsizlik
İctimai təşkilatlar işləyərkən həyatdadırlar. Siz
bir hərbi birləşməyə hərəkət, proqram və əmr
verməsəniz, bir ay bir yerdə qalsa, öz-özünə məhv
olar. Kiminsə onu ləğv etməsi lazım deyil, bu, öz-
özünə baş verər. Komandirin nəfəsi bütün hərbi
birləşmədə hiss olunur, onları hərəkətə gətirir,
ruhlandırır və onların kollektiv həyatını qoruyur.
Siz bu işi görün, öz birliyinizdə elə çalışın ki, onun
hərəkəti daimi olsun, nə vaxtsa parçalanıb
dağılacağı heç kimin ağlına gəlməsin.
2
Ayrı təşkilatdan olan rəqiblə düşmənçilik
Tələbə təşkilatlarının və onların üzvlərinin bir-
biri ilə düşmənə çevrilməsinə imkan verməyin.
Rəqabət yaxşıdır, amma müsbət rəqabət.
3
1
Qələm sahibləri birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003.
2
Qələm sahibləri birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003.
3
Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdə çıxışından,
2003.
|