4. Keyfiyyәtin qaldırılması
Gərək hazır olasınız. Hazırlığınız da bu bir neçə
məsələdə
olmalıdır.
Birincisi,
təşkilatçılığı
bacardığınız qədər güclü və keyfiyyətli edin. İnsan
kapitalından səmərəli istifadə üçün təşkilatçılıq
lazımdır. Müdirlər təşkilatçılıq işlərinə əhəmiyyətli
yanaşsınlar...
1
5. Sәbir vә dözümlülük
Çətinliklərin, təbii maneələrin, insan təkamülünə
sədd çəkən hər hansı amilin yarandığı zaman dözüm
göstərsəniz, o maneələr ortadan qalxar. “Allah
ordusu qaibdir”, “Allah dəstəsi qalibdir” deyiləndə
bu nəzərdə tutulur. Allah ordusu, Allah dəstəsi,
Allah bəndəsi, Allahın qulu... Bunlar yenilməz və
tükənməz mənbəyə bağlı olduqlarına görə
problemlər önündə duruş gətirirlər. İki cəbhənin bir
tərəfində duruş və dözüm olanda, təbii ki, o biri
tərəf məğlub olacaq.
2
6. Fәsadla
3
mübarizә
Mən fəsadı bütün nailiyyətlərə qarşı çox təhlükəli
amil hesab edirəm. Harada xaos olsa, böyük
ehtimala görə səbəbi fəsaddır. Əlbəttə, pis idarəçilik
də buna səbəb ola bilər. Amma heç cür göz
1
Ordu komandirləri ilə görüşdə çıxışından, 1995.
2
Üç hakimiyyət orqanının başçıları və müxtəlif vəzifəli şəxslərlə
görüşdə çıxışından, 2008.
3
Fəsad - burada rüşvət, korrupsiya və s.
45
yumulası olmayan ehtimallardan biri də fəsaddır.
Fəsadla mübarizə aparmaq lazımdır.
1
Bələdiyyə təşkilatlarında olan fəsadı kiçik
saymayın. Bu fəsad inkişaf edərək özünə münbit bir
şərait tapa bilər. Fəsada laqeyd yanaşmaqla şərait
yaratmaq ayağınızın altını boşaldar, işlərinizi
çətinləşdirər. Bələdiyyənin heç bir sahəsində
fəsadın yaranmasına imkan verməyin. Əlbəttə, bu,
çətin işdir. Bələdiyyə pulla, insanlarla əlaqəlidir, öz
məqsədləri üçün pul səpələməyə hazır olan şəxslər
oraya üz tuturlar. Belə yerlərdə çox ehtiyatlı olmaq
lazımdır. İlahi təqva burada işə yarayır. Təqva elə
bir zirehdir ki, insan ona bürünsə, fəsad və günahın
zəhərli oxlarından təsirlənməz, yıxılmaz. Təqva
insan üçün möhkəm qaladır. Bizi təqvaya bu qədər
dəvət etmələrinin səbəbi də budur. Çoxlu səhv və
sapınmaların düşüncə əsası yoxdur. Elə bilməyin ki,
hansısa bir ideologiya insanı belə işlərə vadar edir.
Yox, bu işlərin çoxunun kökü insan nəfsinə qayıdır.
Bir yerdə insanın ayağı sürüşür və o, bunun
qarşısını almır. Bu sürüşmələr davam edir və o,
bunlara bəhanə gətirməyə, özü üçün fəlsəfə
düzəltməyə başlayır. İnsan öz səhvini örtmək üçün
özünə düşüncə məktəbi düzəldir. Xəta və
sürüşmələrimizin qarşısını hər tərəfdən alaq.
Yaxşısı işin əvvəlində, ondan da yaxşısı
1
Gilan vilayətində əhali ilə görüşdə çıxışından, 2001.
46
ümumiyyətlə, lap əvvəldən bunların qarşısını
almaqdır. Bu, bizdə təqva hissini gücləndirər.
1
Fəsadla mübarizə düşmən törədir. Kim fəsadla
mübarizə aparmaq istəsə, qarşısında çoxlu düşmən
görəcək. Onlar kimlərdir? Fəsadla məşğul olanlar
və
onların
qoşunları!
Çünki
boynuyoğun
fəsadçıların qoşunları da var. Onlar müqavimət
göstərəcək, müxtəlif yollarla maneələr yaradacaqlar.
Bıçaq çəkib kiməsə hücum etməyəcəklər. Bu gün
bıçaq çəkməkdən də təhlükəli işlər var. Böhtan atır,
şayiə yayır, əks-təbliğat aparırlar. Kim fəsada qarşı
bir iş görmək istəsə, ona haqsız yarlıqlar
yapışdıracaqlar. Onlarla mübarizə aparılmalıdır.
Qətiyyət və sədaqətlə meydana atılmaq lazımdır.
2
Əsl İslam quruluşunda fəsada qarşı güclü
mübarizə var. Orada pis və yanlış inanclarla
mübarizədən çox yanlış əməllə, əxlaqsızlıqla,
fəsadla mübarizə aparılır. Bu gün ölkə məmurları,
dövlət işçiləri, ikinci və üçüncü dərəcəli dövlət
qulluqçularına kimi hamı
ehtiyatlı
olmalı,
həlakedici fəsad təhlükəsini ciddiyə almalıdır. Fəsad
demir ki, mənim adım fəsaddır. Fəsad törədən şəxs
maliyyatda, işdə qanunsuz müqavilələrlə məmuru
həvəsləndirəndə demir ki, mən sizi fəsada sövq
1
Tehran şəhərinin bələdiyyə üzvləri ilə görüşdə çıxışından, 2003.
2
Tehranda cümə namazı xütbəsindən, 2001.
47
etməyə gəlmişəm. Əvvəl xoşagələn sözlərlə, xırda
şeylərlə girişir. Çox ehtiyatlı olmaq lazımdır.
1
Dostları ilə paylaş: |