TəŞKİlat və TƏŞKİlatçiliq


a) Hesabatları araşdırmaq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Təşkilat

a) Hesabatları araşdırmaq 
Hesabatları diqqətlə araşdırın, onların üzərində 
həssaslıq göstərin. Gərək insan ona verilən bir 
məruzədə haqlı məqamları hiss etsin. Ən azı, yuxarı 
səviyyədə belə olmalıdır. 
Müdir öz idarəsində çalışanları dəstəkləməlidir, 
yoxsa onlar işləyə bilməzlər. Bu, çox bəyənilən 
haldır, ancaq onların əleyhinə məruzə olunan zaman 
ciddi ölçü götürməyi də bacarmalıdır.
3
İmam Əli (ə) 
Malik Əjdərə yazdığı məktubunda buyurur: “Əgər 
onlardan biri xəyanət və nadürüstlük etsə, 
müfəttişlərinin onun xəyanəti barədə xəbərləri üst- 
1
Haşimi Rəfsəncaninin ikinci dəfə prezident seçilməsi münasibətilə 
çıxışından, 1993. 
2
Qum əhalisi ilə görüşdə çıxışından, 1990. 
3
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 1991. 


49 
üstə düşsə, həmin xəbərlərlə kifayətlən”.
1
Əgər bir 
nəfərin xəyanəti sübut olunsa, dərhal ölçü götürün. 
Əlbəttə, ancaq bir məruzə ilə bunu iddia etmək 
olmaz, 
gərək 
bütün 
dəlilləriniz 
bir-birini 
tamamlasın. Yəni onun xəyanətinə dair çoxlu dəqiq 
məlumatlar daxil olsun. Və o zaman artıq 
cəzalanmalıdır: “Buna görə də, gərək ona fiziki cəza 
verə və əməlinə görə tənbeh edəsən. Sonra onu xar 
et, ona xəyanət damğası vur, bədnamlıq arını 
(boyunduruq kimi) boynundan as (ki, nadürüst 
insanlara ibrət olsun).”
2
Əlbəttə, cəzalandırmağın da 
növ və mərhələləri, müxtəlif şəraitləri var.
3
b) Mәmurların hesabatına tam etimad 
olunmamalıdır 
Yüksək vəzifəli məmurlardan öz qurumları 
barədə hesabat tələb edin, lakin o hesabatlara tam 
inanmayın. Etimadsızlığınızı üzə vurmağınız lazım 
deyil, amma qəlbinizdə etimadsızlığa yer saxlayın. 
Hər halda, bizim təcrübəmiz belə deməyə əsas verir 
ki, bir çox hesabatlar həqiqətlə uyğun olmur. O 
zavallı müdir bunu bilmir; bir nəfər bir iş görüb və 
stolun üstünə bir kağız qoyub. O da bunu götürüb 
sizə təhvil verib və adı olub sənədli hesabat. 
Halbuki sizin nəzarət komissiyalarınız daim fəal 
olmalıdır. Onları ən yaxın adamlarınızdan seçin. 
1
“Nəhcül-bəlağə”, məktub 53. 
2
“Nəhcül-bəlağə”, məktub 53. 
3
Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2005. 


50 
Mən cənab Haşiminin prezidentliyi dövründə ona 
da demişəm, cənab Xatəmiyə də demişəm. Dedim 
ki, qardaşınız cənab Əli Xatəmini nəzarət işinə təyin 
edin, o da bunu etdi. Gərək bu məsələ ən yaxın, 
etimadlı və səmimi insanlara tapşırılsın ki, nə baş 
verdiyi bəlli olsun. Yəni adi yolla çatan 
hesabatlardan əlavə, digər məlumat kanalları da 
olmalıdır.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin