63
vəzifələrdə çalışıb
müdiriyyət işində bişmiş
adamlarımız
var.
Onların
təcrübələri
çox
qiymətlidir. Onlardan istifadə olunmalıdır. Əlbəttə,
inadkarlıq, düşmənçilik edənlər və işləri korlamağa
çalışanlar da var. Təbii ki,
belələrindən istifadə
etmək olmaz. Lakin quruluşun böyük məqsədlərinə
bağlı olan yaxşı və ixlaslı kadrlar çoxdur. Onlar
tədricən
yetişiblər,
gərək
asanlıqla
əldən
çıxmasınlar.
1
Xoşbəxtlikdən, kadr potensialımız böyükdür.
Ölkəmizdə müxtəlif
sahələrə dair
peşəkar
mütəxəssislər var. Biz inqilabdan sonra yetişdirilmiş
bu böyük mütəxəssis potensialından istifadə etsək,
mütləq xeyir görərik.
2
Digər məsələ istedadlı mütəxəssislərlə və fikir
sahibləri ilə əlaqə qurmaqdır.
Müxalif olsalar da,
onlarla əlaqə qurmaq lazımdır. İstedadlı kadrlar
yaddan çıxmamalıdır. Təqvalılar mövlasının (ə)
buyuruğuna əsasən, cəmiyyətdə aparıcı elita ilə
xalqın istəkləri arasında ziddiyyət yaranarsa,
əksəriyyəti təşkil edən xalqın
istəklərinə önəm
verilməlidir. Bu, İmam Əlinin (ə) Malik Əjdərə
yazdığı məşhur məktubunda aydın şəkildə nəzərə
çarpır. Lakin həmişə belə olmur.
Bəzən bu elita
islahatçı fikirlər irəli sürür ki, onlardan istifadə
olunmalıdır. Hamı
hər şeyi bilmədiyi kimi, hər işi
1
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2006.
2
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2013.
64
də bacarmır. Bu, həqiqətdir. Bütün qüvvələrin
gücündən və əməyindən istifadə edin.
1
Dostları ilə paylaş: