TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Təşkilat

b) 
Böyük 
mәsuliyyәtlәr üçün mömin 
şәxslәrin seçilmәyi 
Bu seçim haqqında çox diqqətli olmaq lazımdır. 
Böyük vəzifələr üçün mömin və ixlaslı kadrlar 
axtarılmalıdır. Əlbəttə, bu məşhur “ixtisas, yoxsa 
öhdəlik” mübahisəsi anlamında deyil. Xeyr! Söhbət 
ləyaqətli və bacarıqlı insanlardan gedir. Biz demirik 
ki, bir məscidə gedin və kim hamıdan yaxşı ibadət 
edirsə, onu gətirin. Yox! İşi bacaranlar arasında 
təqvalı, öhdəçi, ixlaslı kadrları axtarın və onu iş 
başına gətirin. Beləliklə, sizə yaxın olan o kollektiv 
sizin etimadınızı qazana bilsin və siz də işin 
öhdəsindən gələ biləsiniz.
2
Mən belə izah etmək istəyirəm. Bu mənada 
əhatəli və aydındır. Sözüm budur ki, nazirlik 
mühitində o hizbullah ab-havasına üstünlük verin. 
“Hizbullahlıq” sözündə olan sözügdən məna yükü 
ilə. Təşkilatın taleyinə dinə bağlı adamlar hakim 
olmalıdır. 
Əlbəttə, 
müxtəlif 
səviyyələrdə 
mütəxəssis və bir-biri ilə əqidə yoldaşı olmayan, 
1
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2001. 
2
Dövlət Həftəsi münasibətilə prezident və nazirlərlə görüşdə 
çıxışından, 1991. 


71 
hətta “biz eyni əqidəni bölüşmürük” deyən bütün 
insanlardan istifadə etmək olar. Buna söz yoxdur. 
Mən ölkənin müxtəlif sahələrində elə yerlər 
tanıyıram ki, orada işləyən müdir, əlbəttə, aşağı 
vəzifədə olan müdir, yaxud inqilab yoluna etiqadı 
olmayan bir mütəxəssis özünü bu idarənin ixtiyarına 
vermişdir. Bu təşkilatda, nazirlikdə və ya idarədə 
xidmət edir və ya iş görür. Bu şəkildə şəxslərin 
xidmətindən istifadə edə bilərsiniz. Amma həlledici 
rola malik olanlar, yolu müəyyən edənlər, xüsusilə, 
yüksək vəzifələrdə və aparıcı mütəxəssislər 
inqilabçı və dərin islam əhvali-ruhiyyəsinə malik 
olmalıdırlar. Bu, əsas məsələdir. Fikrimcə, əgər bu 
baş tutsa, nəzərdə tutduğunuz, proqramlarınızda 
qeyd etdiyiniz, yaxud söhbət və bəyanatlarınızda 
söylədiyiniz bütün hədəfləriniz həyata keçər.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin