TəŞKİlat və TƏŞKİlatçiliq


c) İşçilәrlә iş sәviyyәlәrinә uyğun davranmaq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Təşkilat

c) İşçilәrlә iş sәviyyәlәrinә uyğun davranmaq 
Zəif və güclü tərəflərini götür-qoy edin və 
təəssübsüz mühakimə edin. Səmimi insanların bu 
barədə fikrini mütləq öyrənin. Zəif, yaxud qeyri- 
kafi əməl edən şəxsləri təbii olaraq, müxtəlif 
vasitələrlə cəzalandırın. Amma bununla yanaşı, 
yaxşı işləyən müdiri mütləq təşviq edin. Yəni 
mənim burada demək istədiyim odur ki, biz 
prezidentin və digər məsulların birinin zəif 
əməllərinə qaşqabaq tökdüklərini görürük. Amma 
1
Haşimi Rəfsəncaninin ikinci dəfə prezident seçilməsi münasibətilə 
çıxışından, 1993. 


72 
işini yaxşı görənlərə təbəssüm, təşviq və diqqət də 
mütləq bunun yanında olmalıdır. Deməli, işləri, 
onunla əlaqədar məsələləri və iş təqvimini 
araşdıranda işin növünə və səviyyəsinə uyğun 
davranılmalıdır. 
Nəzarət etmək çox mühümdür. Müxtəlif 
şöbələrdə olan müdirlər öz iş mühitlərinə nəzarət, 
təşviq və cəzalandırma məsələlərinə 
xeyli 
əhəmiyyət versinlər. Cəzalandırmaq deyəndə 
məqsədimiz məhkəmə vasitəsilə və ya hər növ 
hüquq orqanları tərəfindən cəzalandırmaq deyil. Hər 
halda reaksiya göstərmək lazımdır. Əgər bir nəfər 
yaxşı, düzgün və proqrama uyğun işləyirsə, təşviq 
olunmalıdır. Kimsə də xətaya yol verirsə, pis iş 
tutursa qarşısı alınmalıdır.
1
5. İşçilәrә iş әhvali-ruhiyyәsi vә iş vicdanı 
aşılamaq 
Allaha həmd olsun ki, əziz qardaşlar idarəçiliyin 
əsas məsələlərinə diqqət edirlər. Amma mən 
ölkəmizdə doğrudan da üzərində bir az işlənməsi 
lazım olan bir məsələ haqqında danışmaq istəyirəm. 
O, iş vicdanıdır və işçilərimizə çox aşılanmalıdır. 
Uzun illər boyu bu xalqın düşmənləri ölkəmizə 
hökmranlıqları 
dövründə 
bir 
çox 
mənəvi 
ehtiyatlarımıza əl gəzdirmişlər. Onlardan biri də 
qeyd etdiyim mövzudur... İş vicdanına, sizin hər 
1
Teleradio şirkətinin əməkdaşları ilə görüşdə çıxışından, 1990. 


73 
birinizin üzərində olan vəzifə və məsuliyyət 
vicdanına xeyli əhəmiyyət verməlisiniz, onu 
canlandırmalısınız. Bu gün ölkəmizdə iş cidd- 
cəhdlə yerinə yetirilməlidir. Bu olmadan iş vicdanı 
da olmaz.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin