7. Tәşkilatda canlanma vә ümid mәnbәyi
olmaq
Təşkilatda əlinizin altında işləyənlərə qol-qanad
verin və ümid bəxş edin. Onları çox iş görməyə
həvəsləndirin. Əlbəttə, bir az da işlərin ardınca
getməkllə işlər düzəlir.
Əgər
hansısa iş
görülməlidirsə, sizi o işin gedişatından xəbərsiz
qoymağa imkan verməyin. Yəni işlə həmişə
maraqlanmalı və ardınca düşməlisiniz. Bu özü
rəğbətləndirici amildir.
2
1
Tehranda cümə namazı xütbəsindən, 1991.
2
Dövlət Həftəsi münasibətilə Dövlət Şurasının üzvləri ilə görüşdə
çıxışından, 2002.
75
T
əşkilat müdirinin xalq qarşısında
v
əzifələri
1. Sәmimiyyәt vә ehtiram göstәrmәk
Həzrət Əmirəlmöminin (ə) dövlət qurumlarının
bütün məsul şəxsləri üçün bir ülgüdür. Fikrimcə,
sizin aranızda dövlət orqanlarının bəzi hörmətli
məsulları da var. Harada olursa olsun, istər böyük,
istərsə də kiçik, camaat üçün səmimiyyətlə iş
görmək lazımdır. İş minnət qoymadan görülməlidir.
Onlara müraciət edənlərə hörmət göstərməlidirlər.
Onları təhqir etməməlidirlər. Onlara minnət
qoymamalıdırlar. Onlardan nəsə istəməməlidirlər.
Bizdən istənilən əlin sağlamlığı, gözün sağlamlığı,
dilin sağlamlığı, cibin sağlamlığı, hətta hamısından
daha vacibi qəlbin sağlamlığıdır. Əmirəlmöminin
(ə) insanlara həyat bəxş etmək yolunda iş görürdü.
1
2. Hesabatlara diqqәt yetirmәk
Hesabatlara vaxtında baxın və onların üzərində
həssas olun. İnsan özündə elə bir hiss tapmalıdır ki,
əlinə bir hesabat düşəndə onun haqlı tərəflərini
anlasın. Ən azı yüksək vəzifə tutanlar bu keyfiyyətə
malik olmalıdırlar.
2
1
Məbəs günü münasibətilə dövlət məmurları ilə görüşdə çıxışından,
1994.
2
Dövlət Həftəsi münasibətilə prezident və nazirlərlə görüşdə
çıxışından, 1991.
|