TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
Təşkilat

5. Tәnqid qәbul etmәk 
Özünüzü tənqid qəbul etməyə alışdırın. Dövlət 
məmurları tənqid qəbul etmək gücünü özlərində 
formalaşdıra bilməlidirlər. Əlbəttə, bu iş həm də 
çətindir. Amma genişürəkliliklə rəftar olunmalıdır. " 
ا
ﺔﻟ
ا
ﺔﺳﺎﺋﺮﻟ
ﺔﻌﺳ
ا
ﺪﺼﻟ
ر
"
genişliyidir.”
3
“Rəhbərlik vasitəsi, tutumun 
Əlbəttə, müdir olmaq yuxarıda oturmaq demək 
deyil. 
Əgər rəhbərlik etmək istəyirsinizsə, 
genişürəkli olmaqdan və bəzi şeylərə dözməkdən 
başqa çarəniz yoxdur.
4
Tənqidi eşitmək üçün geniş qəlbiniz və dinləyən 
qulağınız olmalıdır. Tənqid olunmaqdan sizə bir 
ziyan gəlməz. Əlbəttə, olunan tənqidlər də hamısı 
eyni deyil. Bəziləri islah etmək məqsədi ilə olmur. 
1
Yenə orada. 
2
Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 1995. 
3
Nəhcül-bəlağə, 176–cı kəlam. 


4
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2010. 
80 
Sizi gözdən salmaq istəyirlər. Hər halda görürük. 
Həm öz mətbuat orqanlarımızdan, həm də onların 
arxasında duranlardan. Onlarla xarici radio
televiziya 
kanalları, 
kütləvi və beynəlxalq 
informasiya vasitələri məqsədləri qarayaxma olan 
sözlərin və fikirlərin ixtiyarındadır. Yəni heç bir 
islah məqsədləri yoxdur. Dedikləri və bildirdikləri 
hər şey təxribat xarakterlidir. Buna görə də reallıq, 
qeyri-reallıq, reallığın əksi və reallığın ziddi hamısı 
onlarda var. Bəzən balaca bir hadisəni şişirdirlər
bəzən də olmayan bir şeyi danılmaz bir həqiqət kimi 
təqdim edirlər. Bu təxribatdır. Amma bunun 
kənarında tənqid də olur. İslah etmək üçün olan 
tənqidlər, xeyirxah tənqidlər də olur. Bu, bəzən 
sizin dostlarınız tərəfindən olur, bəzənsə hətta, sizin 
dostunuz və ya tərəfdarınız olmayan şəxslər 
tərəfindən olur. Bəzən elə olur ki, insan haqqında 
bir tənqid səslənir, insanın eybini axtarırlar. Deyən 
tərəf də dost deyil ki, dostluğa görə qəbul edək və 
deyək ki, yaxşı dinləyirik. Yox, dost deyil, amma 
düşmən də deyil. Düşmənliyi də bizə sübut 
olunmayıb. Amma tənqid edir. Onları dinləmək 
lazımdır. Bu tənqidlərin arasında elə bir söz deyilə 
bilər ki, işimizə yarasın. Hər halda səbirlə, geniş 
qəlblə davranılmalıdır.
1


4
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2010. 
81 
Gərək tənqidlərə diqqət yetirəsən. Əlbəttə, 
tənqidlə təxribatın fərqi var. Bu barədə sonra 
danışacağam. Təəssüflər olsun ki, çoxları qara 
yaxır, lakin adını tənqid qoyurlar. Əslində tənqid 
olanda, kimlərsə xeyirxah məqsədlə yanaşanda işin 
müsbət tərəflərini də, mənfi tərəflərini də qeyd 
edirlər. Bunlara səbirlə qulaq asın. Bu, heç də 
deyilənlərin hamısını qəbul etmək demək deyil. 
Tənqid edən səhv də edə bilər. Amma qulaq asın ki, 
doğrudan da düzgün olan məqamlar əlinizdən 
çıxmasın. Bunları bundan qabaq da söyləmişdim. 
İndi də təkid edirəm. Bəzilərinə diqqət yetirilmişdir. 
Bəzilərinə də daha çox diqqət edin.
1
Əgər 
tutduğumuz 
vəzifədə 
səhv 
etmə 
ehtimalımızı azaltmaq istəyiriksə, xeyirxahların 
kəskin sözlərindən inciməməliyik. Sağlam qalmağın 
yollarından biri budur. Əlbəttə, bədxahlar da var. 
Onlar həm kəskin, həm yumşaq, hər cür sözlər 
danışırlar. 
Şayiə 
yaymaqdan, 
psixoloji 
müharibədən, qara yaxmaqdan qorxmurlar. İnsan 
qəlbində onlardan inciyə bilər. Amma inad və 
düşmənçilik məqsədi olmayan şəxs, hətta kobud 
dillə də söz desə, ondan incimək lazım deyil. Xoş 
sözlərə və yaltaqlığa könül verməyin. Əgər buna 
riayət etsək, fikrimcə, bizim xeyrimizədir.
2
1
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2008. 


82 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin