6. Allaha tәvәkkül vә diqqәt etmәk
Tövsiyələrdən biri budur ki, Uca Allaha təvəkkül
edin, diqqətinizi Ondan çəkməyin. Belə edin ki, öz
batininizi və qəlbinizi möhkəm və güclü saxlaya
1
Burada məqsəd İranın ən ucqar, inkişafdan geri qalmış və kiçik bir
rayondur.
2
İslam Təbliğatı Təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından,
1992.
92
biləsiniz. Bu birinci şərtdir. Doğrudan da, əgər biz
öz içimizdə, daxilimizdə möhkəm olsaq, heç bir
xarici çətinlik bizə qalib gələ bilməz. Gərək
qəlbimizi, batinimizi elə möhkəm edək ki, bütün
zahiri, fiziki çatışmazlıqlara və ətrafda olan
problemlərə qalib gələk. Bu da Allaha təvəkkül
etməklə, Uca Allaha diqqət yetirməklə əldə olunur,
bunu bilin.
1
Zorakı müharibədə qələbə çalmağımız və
düşmənin məqsədinə çatmaması Allaha olan
təvəkkülün, təqvanın və özünütərbiyənin nəticəsi
idi. İndinin özündə də çətin meydanlarda bizi qəti
olaraq qalib edən Allaha təvəkkül və diqqətdir.
Təqvanı qorumaq, maddi həyatın cazibə və
gözəlliklərinə etinasızlıqdır. Bu o demək deyil ki,
maddi
ehtiyaclarımızın
təmini
haqqında
fikirləşməyək. Hər kəsin maddi ehtiyaclarını təmin
etmək üçün çalışmağa haqqı var. Hətta demək olar
ki, bu onun vəzifəsidir. Öz həyatını, hətta şəriətin
icazə verdiyi həzzlərə olan ehtiyacını təmin
etməlidir. Amma bütün bunlar bir kəsin öz qəlbini
dünyaya bağlamasından, Allahın yolunu unudub,
bütün
fəaliyyətlərini, fikir və hərəkətlərini,
sükutunu
maddi
məqsədlərə
çatmaq
üçün
yönəltməsindən fərqlidir.
2
1
Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2009.
2
Tehranda cümə namazı xütbəsindən, 1993.
|