100
quyunun
dibinə
çəkməməli
və
ya
geri
qaytarmamalıdır. İnsan məyus olmamalıdır və
deməməlidir ki, qarşımızda
bu maneələr olduğu
üçün irəli getmək olmaz. Yox! Gərək maneələri
aradan qaldırasınız və ya onları keçəsiniz. Yaxud da
maneələrdən yan keçəcək başqa bir yol axtarasınız.
Maneələri böyük göstərməməlisiniz. Deməməlisiniz
ki, işləyə bilmərik. Yox! İşləmək və çalışmaq
lazımdır.
1
12. Diqqәtlә yanaşı sürәt
Həm
diqqətli, həm də sürətli olun. Sürət
tələskənlik deyil. Tələskənlik yaxşı deyil. Sürət,
diqqətlə
birgə olan zaman iş, ağıl əsasında və
düzgün görülür. Diqqətsiz sürət tələskənlik olur.
Aldığınız qərarlarda,
gördüyünüz işlərdə diqqətli
olun ki, tələskənliyə yol verilməsin. Bəzən bəzi
məsul şəxslər, bəzi adi insanlar, əlaqə saxladığımız
bəzi şəxslər adamı tələsdirir.
Bəzən məsul şəxsləri
müxtəlif məsələlərdə tələsdirmək onların işini geri
salır. İnsan tələsəndə
hətta müəyyən vaxt ərzində
görə biləcəyi işi də yerinə yetirə bilmir,
yəni hətta
gecikir. Bundan əlavə bir çox hallarda iş səhv və
eybilərlə yanaşı icra olunur.
2
1
Dövlət Həftəsi münasibətilə Dövlət Şurasının üzvləri ilə görüşdə
çıxışından, 2002.
2
Dövlət Həftəsi münasibətilə Dövlət Şurasının üzvləri ilə görüşdə
çıxışından, 2006.
101
13. Lazım olduqda mәsuliyyәti başqalarına
tәhvil vermәk
Əgər bir yerdə hiss etsəniz ki, sizin məsuliyyətdə
qalmanız işlərin dayanmasına gətirib çıxarır, mütləq
məsuliyyəti təhvil verin.
Elə insan var ki,
məşğuliyyəti çoxdur. İşləri çatdıra bilmir, amma
vəzifəsində də qalır. Bu işi bir başqasına tapşırın ki,
gəlsin, bu işi tez yerinə yetirsin. Bizim üçün vəzifə
yox, iş önəmli olmalıdır.
1
1
Ali Məhkəmənin sədri və məsul şəxsləri ilə görüşdə çıxışından,
1990.