TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Təşkilat

7) 
Uğurlu nümunələr 
Dövlət orqanlarında inqilabi təşkilatlar 
Quruculuq cihadı 
“Quruculuq cihadı” elə bir təşkilatdır ki, inqilab 
onu iman, etiqad, inqilabi eşq, məsuliyyət hissi 
əsasında yaratmışdır. Tam mənada canlı və fəal bir 
qurum olması üçün dini və inqilabi meyarları ona 
hakim etmişdir. İnsafla desək, inqilab bu təşkilatı 
yaratmaqda və onu hərəkətə gətirməkdə uğurlu 
addım atmışdır. Çünki “Quruculuq cihadı” gücünü 
əsirgəmədən öhdəsinə düşən çətin vəzifələri yerinə 
yetirməyə çalışdı, müharibəyə məxsus bir təşkilat 
qədər İslam döyüşçülərini dəstəklədi.
1
“Quruculuq cihadı”, İmamdan qalan dəyərli bir 
yadigardır. Həqiqətən dahi İmamın əli ilə əkdiyi pak 
bir ağacdır ki, inkişaf etmiş və bar vermişdir. Ölkə 
və xalq müxtəlif mərhələlərdə ondan faydalanır. 
Müharibə məsələsi qarşıya çıxmazdan və İran İslam 
Respublikası silahlı mübarizə meydanına girməzdən 
öncə, ölkədə quruculuq işləri ön plana çıxdı. İmam 
və xalq bu ölkəni asılı və fasid Pəhləvi rejimindən 
təhvil almışdı. Tam mənada bir viranə ilə 
üzləşmişdik. Abadlıq, sərvət, zahiri görkəm və s. 
1
Quruculuq cihadı təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından, 
1998. 


111 
böyük şəhərlərə məxsus idi. O da rejimin əsas 
ünsürlərinin mənafeyinin tələb etdiyi qədər idi. 
Kəndlər bərbad vəziyyətdə idi. Yol, asfalt, su, işıq 
və s. şərait yox idi. İstehsal yox idi. Şəhərlər 
müxtəlif çətinliklərlə üz-üzə idi. Ölkə tam 
acınacaqlı vəziyyətdə idi. Belə bir şəraitdə dahi 
İmam, “Quruculuq cihadı” adlı bir təşkilat yaratdı 
və çox sayda mömin, yüksək əhvali-ruhiyyəli 
gənclər bu inqilabi hərəkata qoşuldular. Məlum idi 
ki, bu təşkilatda zəruri olan iş və təşəbbüsdür. 
Ölkəni xilas etmək üçün yorulmaq bilmədən 
işləmək, təşəbbüs irəli sürmək, ortaya yeni ideyalar 
qoymaq lazım idi. Çox sayda dəyərli gənclər, çox 
sayda pak və nurani insanlar, çox sayda istedad və 
fikir sahibləri bu təşkilatda xidmətçilər sırasına 
qoşuldular. Uzaq yollarda, uzaq şəhər və kəndlərdə, 
isti yerlərdə, soyuq yerlərdə, əlverişli olmayan 
şəraitlərdə olmazın çətinliklərə qatlaşaraq fəaliyyət 
göstərdilər. Müharibə başlanmamışdı, amma 
“Quruculuq cihadı” şəhid vermişdi. Bu, çox 
mühümdür. 
“Quruculuq cihadı” quruculuq meydanında şəhid 
verdi. İnqilabın nailiyyətlərinə düşmən kəsilənlər 
var idi. Çünki ali təhsilli və agah gənclərin, mahir, 
çalışqan və zəhmətkeş insanların öz quruculuğu və 
fəaliyyəti ilə bu inqilabın dayaqlarını bərkitdiyini 
görürdülər. Ona görə də bu əzizlərin bir qismi 
zorakı müharibə başlamazdan öncə müqəddəs İslam 


112 
Respublikasının müxalifləri və münafiq ünsürlər 
tərəfindən şəhid edildilər. 
Sonra da müharibə başladı. Yenə də “Quruculuq 
cihadı” ön cəbhədə oldu. Bu iftixarlı “səngərsiz 
səngər qazanlar” ləqəbi çox şeydən xəbər verir. 
Bütün müharibə dövründə, ön xətdə, arxa cəbhədə 
və cəbhənin mərkəzində, hər yerdə “Quruculuq 
cihadı”nın varlığı hiss olunurdu. Səngərləri siz 
qurdunuz. Qüvvələri birləşdirən yolları və silah 
anbarlarını siz yaratdınız. Təmir işlərini siz 
gördünüz. Kiminsə edə biləcəyi heç kimin ağlına 
gəlməyən böyük və təşəbbüs tələb edən işlərdə siz 
qabaqcıl və təşəbbüskar idiniz. Quruculuq dövründə 
də belə idi. Allaha həmd olsun ki, İnqilabdan ötən 
bu iyirmi il ərzində bu əzəmətli təşkilat, yəni 
“Quruculuq cihadı”, mühüm imtahanlardan üzüağ 
çıxmışdır. Bu gün də, sizin varlığınız qiymətli və 
dəyərlidir. Bu işləri davam etdirməlisiniz.
1
1
Quruculuq cihadı təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından, 
1998. 


113 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin