TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
Təşkilat

Siyasi t
əşkilatlar 
İslam Respublikası Partiyası 
İnqilab olduğunu 
fikirləşdiyiniz 
ölkələrdə 
partiyalar meydanda qalırlar. Bu sual ortaya çıxır ki, 
bizim partiyaçılıqda məqsədimiz nədir və partiyaya 
baxışımız necədir? İndi vaxt azdır və mən təfərrüatı 
ilə danışa bilmərəm. İnşallah, başqa vaxt bu haqda 
geniş danışacağam. Qısa olaraq deyim ki, biz 
partiyaçılığa qarşı deyilik. Bəziləri elə bilir ki, biz 
partiya və partiyaçılığa qarşıyıq. Bu, düz deyil. 
İnqilabdan öncə böyük və fəal bir partiyanın əsasını 
biz qoyduq. İnqilabın əvvəlində həmin partiyanı 
qurduq. İmam da dəstəklədi. Bir neçə il ciddi 
şəkildə 
məşğul 
olduq. 
Əlbəttə, 
müəyyən 
səbəblərdən partiyanı ləğv etdik. O vaxt da bizə irad 
tuturdular ki, partiyaçılıq ümumi vəhdətlə ziddir. O 
zaman geniş bir söhbət etdim. O çıxış yazıya 
alınaraq çap olundu və “Vəhdət və partiyaçılıq” adı 
ilə yayımlandı. 
Ola bilər ki, cəmiyyətdə partiyaçılıq olsun, 
vəhdətə də zərbə dəyməsin. Bunlar bir-biri ilə 
ziddiyyət təşkil etmir. Ancaq nəzərimizdə 
tutduğumuz partiya bütün insanlar üçün hədəflərə 
doğru istiqamətləndirici və bələdçi bir təşkilat 
rolunu oynayır. 


114 
Bizdə iki cür partiya var. Bir partiya fikirləri 
istiqamətləndirmək üçün yol çəkir. Bu, siyasi fikir 
ola bilər, dini və ya etiqadi fikir də ola bilər. 
Əgər bəziləri bu işi görsələr, yaxşıdır. Burada 
məqsəd iqtidarı ələ keçirmək deyil. Cəmiyyəti 
siyasi və etiqadi bilik səviyyəsinə çatdırmaq 
istəyirlər. Bu yaxşı haldır. Əlbəttə, belə gücü olanlar 
təbii ki, seçkilərdə də səs yığacaq və qalib 
gələcəklər. Lakin bu onların hədəfi deyil. Bu bir 
növ partiyadır. Bu məqbuldur. Meydan açıqdır, kim 
iş görmək istəyir, görsün. 
Digər partiya növü isə qərbliləri təqliddən 
yaranan və güc əldə etmək məqsədi daşıyan 
klublardır. Bu mənada partiya, iqtidarı ələ keçirmək 
üçün yaranan təşkilatdır. Bir qrup birləşir, 
hakimiyyətə gəlmək üçün bir-birlərinin maliyyə, pul 
və s. imkanlarından istifadə edir, digərlərindən 
maddi dəstək alır və ya siyasi alış-veriş edirlər. Bir 
qrup da onlara rəqibdir. Bənzər işləri görürlər ki, 
onları iqtidardan salısınlar və onların yerini özləri 
tutsunlar. İndi dünyada partiyalar adətən belədir. 
Amerikada növbə ilə hakimiyyətə gələn iki partiya 
bu növ partiyalardandır. Bunlar əslində hakimiyyətə 
gəlmək üçün yaranmış partiyalardır. Bu heç də 
yaxşı deyil. Amma kimlərsə ölkə daxilində bu növ 
Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin