Hövz
ə təşkilatları
Ali m
əktəblərdə Rəhbərliyin
nümay
əndəliyi orqanı
İnqilabdan öncə bəzi ruhanilərin, o cümlədən bu
həqir bəndənin, tələbələrlə əlaqəsi var idi. Bu əlaqə
təşkilata aid bir münasibət deyildi. Kəskin mübarizə
məsələləri ilə də bağlı deyildi. Fikri və
aydınlaşdırıcı bir əlaqə idi. Yəni toplantı keçirirdik
və tələbələr də orada iştirak edirdilər. Yaxud da biz
bəzi vaxtlar ali məktəblərdə tələbə yığıncaqlarında
iştirak edirdik. O zaman Məşhəddə məğrib və işa
namazları arasında bir məclis keçirirdik. 20-30
dəqiqə çıxış edirdim. Dinləyicilərin də doxsan faizi
gənclər idi. Bu gənclərin də əksəriyyəti tələbə,
yaxud orta məktəb şagirdləri idi. Bir gecə mərhum
şəhid Bahünər (Allah ona rəhmət etsin) Məşhəddə
idi. Mənimlə birgə məscidimizə gəldi. Vəziyyəti
görüb heyrətləndi. Cənab Bahünərin özü Tehranda
gənclər və tələbə yığıncaqları ilə əlaqədə olan adam
idi. O dedi ki, mən ömrümdə bu qədər tələbə və
gənci
bir
məsciddə
görməmişəm.
Bizim
məscidimizdə neçə gənc var idi? Ən çox 340-350
nəfər. Gənclərlə əlaqəsi olan cənab Bahünər kimi
ziyalı bir ruhani üçün təqribən 300-350 nəfər gəncin
bir yerə toplanması heyrət doğururdu. Bir halda ki
özü də ali məktəbdən çıxmışdı və universitetdə
132
kurslar keçmişdi. Tələbə mühitini tanıyırdı. Günə
uyğun və yeni dini fəaliyyətlərdən də xəbərdar idi.
Bu saydan ola bilsin ki, iki yüz nəfəri tələbə idi.
Bu onun üçün çox təəccüblü idi. O, heyrət və
təəccüb içində idi. İki yüz tələbə bir yerə toplanır və
bir ruhani onlar üçün söhbət edir?!
İndi bunu bu gün ali məktəblərdə olan vəziyyətlə
müqayisə edin. Görün əlinizə hansı böyük və
qiymətli fürsət düşmüşdür. Bu fürsəti qənimət bilin.
Əsas məsələ budur.
1
Fikrimcə, ruhani ali məktəbdə elə olmalıdır ki,
tələbə ona sığınsın, ona ümidlə baxsın. Əlacını onda
axtarsın. Əgər o, əlac edə bilməsə, ən azı tələbə
üçün təskinlik səbəbi olmalıdır.
Əgər biz ali məktəblərdə toplantı keçirmişiksə,
söhbət etmişiksə, məscidə getmişiksə, seçimdə
iştirak etmişiksə, müəllim təyin etməyə hazır
olmuşuqsa, bütün saydığım vəzifələri yerinə
yetirmişiksə, amma tələbə bizə etimad etmirsə,
ümid bağlamırsa, müvəffəq olduğumuzu söyləmək
olmaz.
Sizin ali məktəblərdə əsas səyiniz
bütün
tələbələrə məxsus olmaqdır. Hətta, ola bilər ki,
tələbəni fikir və münasibət baxımından qəbul
etmirsiniz. Əlbəttə, bu çətin işdir, hətta bəzi
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə
çıxışından, 2010.
133
yerlərdə mümkün olmaya da bilər. Amma hər yerdə
belə deyil.
Fikrimcə, ruhani elə rəftar və əməl edə bilər ki,
hətta fikir baxımından o ruhanini qəbul etməyən
tələbə: “İnsafən, bu yaxşı insandır”, deyər. Əgər bir
problemi, psixoloji, etiqadi və ya fikri çətinliyi
varsa, yenə o şəxsə sığına biləcəyini düşünər. Əgər
nə vaxtsa namaz qılmaq istəsə, bu ruhaninin
arxasında
qılar.
Ali
məktəblərdə
belə
davranılmalıdır. Yoxsa, nümayəndəlik bəzilərinə
qarşı birtərəfli mühakimə yürütməməlidir. Bu
məsləhət deyil.
Zənnimcə, biz öz cəmiyyətimizdə tələbənin dini
təbəqənin seçilən üzvü olması üçün iş görməliyik.
Yəni məqsədimiz ali məktəblərdə tələbələri həm
ayıqlıq, maarif, həm də iman baxımından möhkəm,
seçilmiş dini bir ünsürə çevirmək olmalıdır. Təbii
ki, bunlar gələcəkdə İslam Respublikası üçün
xidmətə də zəmanət verəcək. İnşallah, bu baxımdan
irəliləməliyik.
1
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə
çıxışından, 1990.
|