Hökm bakı şəhəri İş №1(101)-726/2022



Yüklə 181,25 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix14.06.2022
ölçüsü181,25 Kb.
#116929
1   2
telman-3

hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci
maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 3 (üç) il
müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən
Təqsirləndirilən şəxs tutulduğu 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona
təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi
doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və
ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli
01 noyabr 2021-ci il tarixdən hesablansın.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə
minənədək dəyişdirilməsin.
Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi
müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən
şəxs götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında
saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,729 qram qalmış narkotik vasitə
heroin məhv edilsin.
Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə
keçirilməsinə dair görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında
saxlanılsın.
İş üzrə ekspertiza xərci olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat
məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi)
andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı
Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin
müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
(Sədrlik edən)
Telman Hüseynov
Eldar İsmayılov
Əli Məmmədov


Yüklə 181,25 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin