9
İnformatikaya verilən bəzi təriflərlə tanış olaq:
İnformatika - informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və
proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat-
laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir.
İnformatika
– hesablayıcı texniki vasitələrin köməyi ilə verilənlərin yaradılması,
saxlanması, təkrar istehsalı, emalı
və ötürülməsi, həmçinin həmin texniki vasitələrin
fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.
İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi
ilə onun yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi
və istifadə edilməsi qanuna-
uyğunluqlarını və üsullarını öyrənən elmdir.
İnformatika – ixtiyari
3
təbiətli obyektlərdəki informasiya
və onun elektron vasitə-
lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir.
Dostları ilə paylaş: