98
Formalar (
Form) və ya qrafik pəncərələr (
PictureBox)
üzərində müxtəlif qrafik
primitivlər
114
çəkmək üçün aşağıdakı qrafik metodlardan istifadə etmək olar:
Scale – forma və ya qrafik pəncərəyə koordinat sistemi
və miqyas daxil etməyə
imkan verir:
object.Scale (X1, Y1) – (X2, Y2). Bu metodun X1,
Y1 arqumentləri obyektin
yuxarı sol,
X2,
Y2 isə aşağı sağ küncünün koordinatlarıdır.
Pset – verilmiş koordinata verilmiş rəngli nöqtə qoymağa imkan verir:
object.Pset
(X,Y) [,color]. Bu metodun
X,
Y arqumentləri nöqtənin koordinatları,
color isə xəttin
rəngidir.
Color arqumentinin qiymətini aşağıdakı üsullarla:
Rəngi təyin edən
vbBlack – qara,
vbBlue – göy,
vbGreen – yaşıl,
vbCyan – mavi,
vbRed – qırmızı,
vbMagenta – çöhrəyi (yasəməni),
vbYellow – sarı,
vbWhite – ağ kimi 8
sabitdən biri ilə;
Arqumenti 16 əsas rəngi ifadə edən 0-dan 15-dək nömrələrdən ibarət olan
QBColor
(
number) funksiyasının köməyi ilə;
RGB (
bytRed,
bytGreen,
bytBlue) funksiyasının köməyi ilə vermək olar. Bu funksi-
yanın arqumentləri olan hər üç parametr 0-dan 255-dək qiymətlər ala bilir. Bunların
nəticəsi olan funksiyanın
qiyməti Long tipli ədəd olmaqla 0-dan 16777215 (
1
256
3
)
diapazonunda dəyişə bilir. Yəni, rəng palitrası 16 milyondan artıq çalara malikdir. Hər bir
rəng
bytBlue
bytGreen
d
byt
2
256
256
Re
düsturu ilə hesablanan ədəd vasitəsilə verilir.
Color arqumenti verilmədikdə şəkil qara rəngdə çıxır.
Line – müəyyən rənglə rənglənmiş xətt çəkmək üçün istifadə edilir:
Bu metod:
object.
Line (X1,Y1) – (X2, Y2) [,
color] [,
B] [
F] kimi verilir.
X1 və
Y1
düzbucaqlının yuxarı
sol küncnün,
X2 və
Y2 aşağı sağ küncünün koordinatlarını,
color
xəttin rəngini,
B bayraqcığı düzbucaqlı çəkməyi,
F bayraqcığı rəngləməyi ifadə edir.
Circle – çevrə və oval çəkir.
Bu metod:
object.Circle (X, Y), radius [, color, start, end, aspect] kimi verilir.
X,
Y
çevrənin mərkəzinin koordinatlarını,
radius çevrənin radiusunu,
color çevrənin rəngini,
start və
end şüa bucağının əvvəlini və sonunu,
aspekt sıxma əmsalını göstərir.
Qrafik metod ―forma‖ (
Form) obyektinə tətbiq edilərkən, obyektin adının yazılışında
object sözünü yazmamaq olar.
İndi
y=sinx funksiyasınin qrafikini qurmaq üçün layihə yaradaq.
114
primitiv - ibtidai