248
2. Francayzer müstəsna hüquqlara malik olur: Əmtəə
nişanı, firma üslubu, potent, ideya, müəllif hüququ və s.
3. Francayzer hüquqlara malik olmaqla müəyyən
şərtlər daxilində öz hüquqlarını Francayziyə verir. Fran-
cayzi öz fəaliyyətini Francayzerin əmtəə nişanı altında
aparır. Əmtəə bazarında adından istifadə edir, öz üslubu-
nu Francayzerlə eyniləşdirir.
4. Francayzer tək olur, lakin bir Francayzer bir neçə
Francayzi ilə eyni zamanda eyni
əmtəə üzrə sazişlər bağ-
laya bilər. Francayzi öz səlahiyyətini başqasına vermə iqti-
darında deyil.
5. Francayzer Francayzinin fəaliyyətinə yardım
məqsədi ilə müxtəlif formalarda köməklik göstərir.
6. Francayzi Francayzerin hüquqlarından istifadə et-
diyinə görə ona müəyyən edilmiş məbləğdə haqq ödəyir
və s.
Françayzinq sahibkarlığın güzəştli növü kimi geniş
yayılmışdır. Bu əsasən
yüksək maliyyə vəsaitinə, böyük
bazar payına, rəqabətlilik qabiliyyətinə malik olan iri
cəmiyyətlərin (françayzerlərin) kiçik firmaları, yaxud fizi-
ki şəxsləri (françayzları) müəyyən şərtlərlə himayəyə gö-
türməklə onların fəaliyyətinə təsir göstərir.Bu
həm kiçik,
həm də böyük firma üçün əlverişlidir. Çünki iri firma
bazarın daha kiçik seqmentinə, daha xırda sahələrə xitab
edə bilmir. Və bu zaman françayzların
köməyilə həmin sa-
hələrdə fəaliyyəti dolayı yolla təmin edilmiş olur. Deməli
françayzinq razılaşmaya uyğun olaraq, sahibkarlığın elə
bir formasıdır ki, françayzer (adətən iri ana təşkilatlar) ki-
çik firmanın müəyyən ərazi çərçivəsində fəaliyyətini him-
ayəyə götürür. Onu özünün əmtəələri, reklam fəaliyyəti,
hazır biznes taktikaları, biznes texnologiyaları
ilə təmin
249
etmək öhdəliyini öz üzərinə götürür. Bunun əvəzində isə
firma isə cəmiyyətlərə menecment və marketinq sahələrin-
də fəaliyyət göstərilməsini öz üzərinə götürür. Və eyni za-
manda françayzlar öz fəaliyyətlərini françayzerlərin, yəni
ana firmaların fəaliyyətinə uyğunlaşdırmalıdırlar. Hal ha-
zırda franşiz sistemləri sahibkarlıq fəaliyyətinin 70-dən
çox sferasında aktiv işləyir. Bu sahələrdə françayzinq sı-
naqdan keçmiş biznes ideyalarının satılması vasitəsilə in-
kişaf strategiyasıdır. Françayzinqin lokal səviyyədən çıxıb
qlobal səviyyəyə keçməsi həm ölkənin iqtisadi inkişafına
kömək edir, həm də ölkələrarası
iqtisadi münasibətlərin
inkişafına müsbət təsir göstərir. Ilk yaranandan bəri fran-
çayzinq fəaliyyətə tətbiq edildiyi bütün ölkələrdə özünü
doğrultmuşdur. Yaranma yeri ABŞ olmasına baxmayaraq
bu gün bütün dünya ölkələrində bu fəaliyyət növü geniş
yayılmışdır.
Dostları ilə paylaş: