Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə107/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   126
beynelxalq-biznes

Reqress hüququ ilə faktorinq əməliyyatlarının ma-
hiyyəti ondan ibarətdir ki, faktorinq təşkilatı, səbəbindən 
asılı olmayaraq ödəyicinin ödəmələrdən imtina etdiyi hal-
da, müştəridən alınmış borc öhdəliklərini ona qaytarmaq 
hüququ vardır. Bu halda ödəmələr riski və kreditin 
qaytarılması öhdəlikləri müştəriyə keçir. Reqress hüququ-
na uyğun olaraq müştəri, borc öhdəliklərinin satışı zamanı 
faktorinq təşkilatının ödədiyi məbləği ona qaytarmalıdır. 
Qeyd etmək lazımdır ki, bu halda komisyon mükafatlar 
müştəriyə qaytarılmır. 
Reqress hüququ olmadan faktorinq əməliyyatları-
nın mahiyyəti ondan ibarətdir ki, ödəyicilər tərəfindən ya-
rana biləcək ödəmələr riskini faktorinq təşkilatı bütövlük-
də öz üzərinə götürür. Lakin qeyd etmək lazımdır ki, belə 
öhdəliyin qəbul olunması o zaman mümkündür ki, bu hal 
əvvəlcədən aparılan təhlillər zamanı baxılmış olsun və 


262 
qarşılıqlı razılaşma əsasında müqviləyə daxil olsun. Fakto-
rinqin bu forması tətbiq edilərkən faktorinq təşkilatının 
məsrəfləri təkcə əvvəlcədən ödənilmiş borc öhdəliklərinin 
məbləği ilə məhdudlaşmır. Çünki bu məbləğə təşkilatın 
maraqlarının müdafiəsi məqsədilə çəkilən əlavə xərclər və 
həmçinin kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlı 
itirilmiş mənfəət də əlavə edilir. Buna görə də faktorinqin 
bu forması bəzi hallarda səmərəsiz bir forma hesab edilir. 
Məhz bu səbəbdən faktorinq təşkilatları öz fəaliyyətlərin-
də reqress üsulu ilə əməliyyatlara daha çox üstünlük verir-
lər. 
Faktorinq sövdələşməsində iştirakçılardan biri, mə-
sələn malgöndərən ixracatçının ödəyicisi xarici ölkədə ol-
duqda və ya əksinə, faktorinq əməliyyatı beynəlxalq xa-
rakter alır. Faktorinqin bu formasında faktorinq təşkila-
tının fəaliyyətində əlavə olaraq valyuta riski və köçürmə 
riski yarana bilər. Valyuta riski mübadilə kursunun dəyi-
şilməsi səmərəsizbir səviyyəy enməsi ilə, köçürmə riski 
isə valyuta ödəmələrində çətinliklərin yaranması ilə bağlı 
olaraq yaranır. 
Adi kreditləşmə ilə faktorinq arasında bir sıra fərqlər 
mövcuddur.
1. Faktorinqdən kredit almaq və ya iş təcrübəsi 
olmayan firmalar da istifadə edə bilər.
2. Burada girov tələb olunmur.
3. Vəsaitin geri qaytarılması məsələsində konkret 
müddət müəyyənləşdirilmir və belə bir şərt qoyulmur.
Vencur biznesin Avro Atlantik biznes orbitində yeni 
bir anlamdır. Latın mənşəli bu söz risk mənasını bildirir. 
Bu biznes ilkin olaraq 1957-ci ildə ABŞ–da start götürdü. 


263 
Bu biznesin ilk təşkilatçıları mühəndis tədqiqatçı Artur 
Rac, Tom Perkinis və Yuçin Klyaner olmuşdur. 
Vencur kapitalisti müvafiq cəmiyyətlər yaradaraq in-
vestorlardan pul yığımı təşkil edir. Sonra cəlbedici biznes 
layihəsi tapılır. Müvafiq layihə ekspertizadan sonra inves-
tora nizamnamə fondu və ya səhmlər paketi müqabilində 
bir neçə il müddətinə mübadilə zəmnində fəaliyyət təklif 
olunur. 
Burada vencur kapitalisti investor və layihəni yerinə
yetirən firma sahibkarı arasında vasitəçi rolunu oynayır. 
Burada tərəflər riski bölüşdürür, uğur əldə edildikdə isə 
mənfəət sahibinə çevrilirlər. Burada investor idarəedici 
funksiyasını da öz üzərinə götürə bilər. Qeyd etmək lazım-
dır ki, belə fəaliyyət adətən məhdud zaman kəsiyində yük-
sək risk və mənfəət üçün hesablanır.
Vencur kapitalı xüsusi investisiya növü olaraq 3 – 5 
illik mərhələ strategiyasını qurur. 1999-2001-ci illərdə 
ABŞ-da orta illik parametrdə hər il Vencur kapitalı 12-15 
milyard dollar mənfəət yaratmışdır. Bir sıra nüfuzlu ABŞ 
cəmiyyətləri – İntel, Apple, Micro Soft məhz vencur kapi-
talının hesabına tərəqqi etmişdir.
Ümumilikdə vencur kapitalı elmi – texniki işləmə-
lərin sürətlənməsinə xidmət edir. Belə bir fikir formalaş-
mışdır ki, Vencur biznesi mühəndis, alim potensialının və 
istedadının tam dövriyyədə hərəkəti üçün biznes fəaliyyə-
tində doğru bir istiqamətdir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin