264
FƏSİL 15. VALYUTA RİSKLƏRİNİN İDARƏ
OLUNMASI
15.1. Risklərin yaranma səbəbləri
Riskin tərifi, mahiyyəti və təbiətinə dair bir çox
mülahizələr mövcuddur. Riskin ümumi məzmununu əhatə
etməklə bir-birini tamamlayan 2 əsas
anlayışı nəzərdən
keçirmək lazımdır:
1. Risk hər hansı bir arzuolunmaz hadisə, uğursuzluq
və ya təhlükə ilə bağlıdır.
2. ―Riskli vəziyyət‖ anlayışı isə əlverişsiz şəraitin
mövcudluğudur.
Bu araşdırmadan sonra risk anlayışına hər hansı bir
istiqamətlənmiş fəaliyyətin
son nəticəsinə gəlib çatmağa,
törədilə bilən maneçiliklərin ehtimal dərəcəsi kimi qiymət-
ləndirilə bilər. Riskli vəziyyət əsasən 3 amillə şərtləndirilir:
1. Qeyri-müəyyənlik.
2. Alternativ variantın seçilməsi və ya imtina.
3. Seçilən alternativin dəyərləndirilməsi və ya imti-
na.
Riskli vəziyyətdə qərar qəbul etmək nisbətən asan-
dır, nəinki qeyri-müəyyən vəziyyətlərdə.
Riskin yaranma səbəbləri
hadisələrin qabaqcadan baş
verəcəyi ehtimalı haqqında məlumatların olmamasıdır, yə-
ni fəaliyyət istiqamətinə qarşı hər hansı hadisənin nə vaxt,
harada, necə baş verəcəyi və yaxud bəlkə də bu hadisənin
baş verməyəcəyi barədə məlumatın olmamasıdır. Bu hadi-
sələr isə əsasən aşağıdakılardır:
1. Təbii hadisələrin baş verməsinin qeyri-müəyyənliyi.
265
2. Təsadüflik bu və ya digər hadisənin gözlənilmə-
yən anda baş verməsi.
3. Ziddiyyətli maraqların və ya meyllərin toqquşma-
sı (müharibələr, iğtişaşlar və s.).
4. Elmi texniki tərəqqi nəticəsində yeniliklərin qəflə-
tən ortaya çıxması.
5. Qərarların qəbulu və ya həyata keçirilməsində or-
taya çıxa bilən maddi, maliyyə və əmək ehtiyyatlarının ye-
tərsizliyi.
Məlum olduğu kimi istənilən biznes fəaliyyəti risk
tələb edir. Ölkə daxilində biznes
fəaliyyətinə nisbətən bey-
nəlxalq biznesdə risk ehtimalı daha da artır. Buna səbəb
isə xarici ölkələrin alıcısının fərqli xüsusiyyətləri, bu ölkə-
nin qanunlarının fərqliliyi, nəqliyyatdaşıma yəni logistik
risklərin artması, valyuta
məzənnələrinin dəyişməsi, bey-
nəlxalq siyasi vəziyyətin dəyişməsi ehtimalı və s. amillərdir.
Risklərin yaranma səbəbləri onların yaranma
mənbəyi olmaq etibarı ilə aşağıdakılardan ibarətdir:
1. Təbii hadisələr və təbii proseslərdir ki, bunlara
zəlzələlər, fırtınalar,
subasmalar, quraqlıq, şaxta, donvur-
malar və s.
2. Təsadüfilik – oxşar şəraitdə eyni hadisə bir çox
sosial-iqtisadi texnoloji proseslərin, sahibkarlıq
fəaliyyəti
subyektlərinin arasındakı maddi münasibətlərinin çox-
variantlılığı səbəbindən müxtəlif formada baş verir.
3. Ziddiyətli meyllərin, maraqların toqquşması –
hərbi əməliyyatlar, milli münaqişələr
ixracat və idxalat
əməliyyatlarının dayandırılması, aktivlərin dondurulması,
rəqabət və mənafelərin üst – üstə düşməməsi.
266
4. Elmi – texniki tərəqqinin– bu və ya digər elmi
kəşflərin və texniki ixtiraların konkret nəticələrinin təxmin
edilməsinin qeyri – mümkünlüyü.
5. Hadisə haqqında məlumatların yetərsizliyi və
natamamlığı.
6. Qərarların qəbulu və həyata keçirilməsi baxımın-
dan maddi, maliyyə, əmək və s.ehtiyyatların məhdudluğu
və yetərsizliyi.
Riskin
əsas cəhətləri; ziddiyətlilik, subyektiv dəyər-
ləndirmə arasında toqquşma, yəni ayrı – ayrı adamların
riski müxtəlif dərəcədə qiymətləndirməsi, alternativlik qə-
rarların istiqamətlərin, hərəkətlərin iki və ya daha artıq va-
riantlarda
mövcudluğu, seçimin mürəkkəbliyi və qeyri –
müəyyənlikdir ki, qabaqcadan hadisələrin praqnozlaşdırıl-
masının çətinliyi ilə müəyyən olunur.
Dostları ilə paylaş: