273
nunla yanaşı vençur kapitalı əsasında innnovasiya layihə-
lərinin uğuru bir sıra hallarda şübhə doğurduğu və bu sa-
hənin yüksək riskli olduğu üçün şirkətin nəzdində qabaq-
layıcı tədbir olaraq peşəkarlardan ibarət xüsusi qruplar da
formalaşdırılır.
Səpələnmə metodunda fəaliyyət növləri və zonala-
rın diversifikasiyası, satış və alışın şaxələndirilməsi, inves-
tisiyaların şaxələndirilməsi, (diversifikasiyası) məsuliyyə-
tin istehsal iştirakçıları arasında paylanması və yenə də
vençurlu müəssisələrin yaradılması irəli sürülməkdədir.
Bu metod öz çevikliyi ilə seçilir. Metodda şirkətə is-
tehsal etdiyi məhsul və xidmətin çeşidini artırmaq, isteh-
lakçıların müxtəlif sosial təbəqələrinin maraqlarına cavab
vermək, istifadə etdiyi texnologiyaları daim artırmaq və
yeniləşdirmək təklif olunur.
Dostları ilə paylaş: