Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


 Beynəlxalq biznesdə valyuta riskləri və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə113/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   126
beynelxalq-biznes

15.4. Beynəlxalq biznesdə valyuta riskləri və 
risklərin azaldılması yolları 
 
Risklərin dərəcəsi dedikdə, müəyyən bir istiqamətə 
yönəlmiş fəaliyyətin son nəticəyə gəlib çıxmaq yolunda 
baş verə biləcək maneçilik hadisələrinin baş vermə ehti-
malının ölçüsü və ya əmsalı başa düşülməlidir. Bu kəmiy-
yət riyazı metodlarla ehtimal nəzəriyyəsinə əsasən müəy-
yənləşdirilir. Baş verə biləcək hər hansı bir hadisənin ehti-
mal əmsalı müəyyən edilir və buna uyğun olaraq:
Rd=K×h/100 kimi hesablanır. 
Burada Rd – risk dərəcəsi, k – hadisənin baş vermə 
ehtimalı əmsalı, h – hadisənin nəzəri olaraq müəyyənləş-


274 
dirilən miqyasıdır. Risk dərəcəsini adətən risk cədvəli ilə 
müəyyənləşdirirlər. Bu isə aşağıdakı şəkildə əks olunmuşdur: 
0 – 2 
az 
Təhlükəsizdir 

2-4 
aşağı 
Qəbulediləndir 

4-5 
Orta 
Risklidir 
+ - 
5-7 
artıq 
Qorxuludur 

7-10 
yüksəkdir 
Təhlükəlidir 

Burada bir – birindən fərqli lakin yaxın hesab olunan 
1, 2 və 3 halda sahibkarın qərar verməsinin məsləhət gö-
rüldüyü ―ağıllı‖ risk dərəcəsi hesab olunur. 4, 5 və 6 hal-
ları inflyasiyaya gətirib çıxaran risklər hesab olunur. 
Risklərin ən ümumi, səmərəli və geniş istifadə olu-
nan qabaqlama və azaltma üsulları: sığortalama, vəsaitlə-
rin toplanması və limitləmədir.
Sığortalama müqavilə əsasında sığorta şirkətinin 
sığorta olunan tərəfə təsadüf nəticəsində dəyən zərərin tam 
və ya bir hissəsinin ödənilməsidir. 
Vəsaitin toplanması dedikdə, bu sahibkarın və ya 
bir neçə tərəfdaşın müəyyən dövriyyə fondundan kənar 
ehtiyat vəsaitin toplanıb təsadüfi zərərlərin dəyərinin ödə-
nilməsi məqsədi ilə yaradılan pul fondudur.
Diversifikasiya bir – biri ilə əlaqəsi olmayan müx-
təlif sahələr arasında əldə olan pul vəsaitlərinin biznes 


275 
məqsədi ilə paylanmasıdır. Yəni bir sahədəki uğursuzlu-
ğun, digər sahədəki uğurlarla kompensasiya edilməsidir.
Limitləmə risk dərəcəsinin azalmasına şərait yara-
dan həm yuxarıdan, həm də aşağıdan məhdudiyyətlər sis-
teminin qurulmasıdır.
Beynəlxalq biznesdə baş verə biləcək risklərin bir 
çoxları haqqında yuxarıdakı mövzularda qeyd etdik. İndi 
isə valyuta riskləri və onların aradan qaldırılması məsələ-
lərinə aydınlıq gətirək. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin