70
Valyuta dönərliliyinin iki tərəfi mövcuddur:
1. Qeyri- rezident.
2. Xarici dönərlilik.
Məsələn, bu gün Fransada istər Fransa vətəndaşı
olanlar, istərsə də qeyri fransızlar üçün Fransa banklarında
olan pul vəsaitlərini Fransa frankı, dollar, evro və v.s. val-
yutalarla ala bilərlər. Eyni zamanda qeyd olunan istənilən
valyuta formasında ölkədən çıxara bilərlər.
Amma bir sıra ölkələrdə qeyri – rezident (yəni ölkə
vətəndaşları olmayanlar) dönərliliyinə icazə verilmir.
Keçmiş SSRİ-də və onun ərazisində olan dini müstə-
qil dövlətlər birliyində bu qayda indi də davam etməkdədir.
Qeyri – rezidentlər üçün bazarda valyuta dönərliliyi
problemdir. Ona görə də bu ölkələrə investisiya qoyuluşu
o qədər də səmərəli deyil və investorlar daha ehtiyyatlı ya-
naşırlar.
Azərbaycan Respublikasında bir qayda olaraq xarici
vətəndaşlara 1000, rezidentlərə isə 10000 dollar sərbəst
şəkildə ölkədən çıxarmağa icazə verilir.
Möhkəm valyuta o valyutaya deyilir ki, bir qayda
olaraq dönərli olur və dəyəri demək olar ki, stabil şəkildə
uzun müddət dəyişməz qalir.
Tam dönərlilik olmayan ölkələrdə adətən dövlətin
nəzarət edə bilmədiyi ―qara bazar‖ deyilən qeyri rəsmi
valyuta ticarəti mövcud olur.
Dostları ilə paylaş: