Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə36/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   126
beynelxalq-biznes

5.5. Beynəlxalq biznesdə ixrac-idxal 
əməliyyatlarında gömrük tariflərinin tətbiqi 
 
Gömrük tariflərindən dünyanın bütün ölkələrində is-
tifadə olunur. Milli tariflərlə yanaşı, regional (məhəlli) 
ticarət- iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları 
çərçivəsində vahid gömrük tarif sistemi vardır. Bu ittifaqın 
iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük 
tarifini ləğv edib, üçüncü dövlətlə (ölkə ilə) ticarətdə 
ümumi gömrük tarifi müəyyən edirlər. Həmin birliklərdən 


89 
biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı 
altında yaratdıqları birlikdir. Həmin birlik 15 ölkəni, o 
cümlədən, Almaniyanı, Fransanı, İngiltərəni, İspaniyanı, 
Finlandiyanı və s. ölkələri əhatə edir. Bu gömrük ittifaqı 
(Aİ) milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan 
ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib ha-
zırlamışlar. İttifaqın qəbul etdiyi vahid gömrük tarifinin
çox hissəsi qeyri- ərzaq mallarına şamil edilir və gətirilən 
malın dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az 
hissəsi isə malın çəkisinə, həcminə nisbətən dəyər ifadə-
sində müəyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə gətiri-
lən və sonradan təkrar ixrac, yaxud həmin ölkələrin səna-
ye müəssisələrində yenidən işlənilməsi üçün nəzərdə tutu-
lan mallar gömrük vergilərindən, rüsumlarından azad 
olurlar.
Gömrük-tarif sistemi tənziminin mühüm vasitələ-
rindən biri də antidempiq rüsumlarının tətbiqidir. Bu cür 
gömrük rüsumları ixracat malları aşağı qiymətlərlə satıl-
dıqda tətbiq olunur. Avropa İttifaqı daxilində ümumiyyət-
lə dempinqə yol verilmir. Belə ki, ucuzlaşdırılmış mallar
həmin aşağı qiymətlə öz ölkəsinə qaytarılır. Aİ-nin xüsusi 
komisiyası antidempinq siyasətini həyata keçirmək üçün 
aşağıdakı iki cəhəti əsas tutur: ―normal dəyər‖ və ―mala 
normal qiymət‖ qoyulmasını; AİB ölkələrində analoji ma-
lın istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilmə-
sini. 
AİB- nin əsasnaməsinə uyğun olaraq antidempinqin 
tətbiqi işinə baxılması, onun yoxlanması, başlandığı vaxt-


90 
dan etibarən bir il ərzində tamamlanmalıdır. Əgər fakt 
təsdiq olunarsa, məsələ aşağıdakı qaydada yoluna qoyulur: 
- ya ixracatçı öhdəçilik götürəcək ki, qiymətləri qal-
dırsın; 
- yaxud göndərilən malın miqdarını azaltsın; 
- yaxud da antidempinq vergisi rüsumu müəyyən 
edilsin. 
Beynəlxalq idxal-ixrac sövdələşmələri təcrübəsi 
müəyyən ticarət fəaliyyətinin bir sıra növlərini nəzərdə 
tutur ki, bu da aşağıdakı müxtəlif mərhələlərdən və pillə-
lərdən ibarətdir: alqı-satqı müqavilələrinin bağlanmasına 
hazırlıq; müqavilələrinin bağlanması; müqavilələrin icra-
sı. Bu mərhələlərin hər birində konkret vəzifələr (sazişlər) 
yerinə yetirilir.
İlkin vəzifə idxalatçı və ixracatçı üçün kontragent seç-
məkdir. Kontragent seçmək mühüm və ən çətin məsələdir. 
Əldə olunacaq naəliyyət kontragentin (ölkənin) xarakte-
rindən, razılaşmanın predmetindən asılıdır. Yalnız bundan 
sonra ixracatçı və yaxud idxalatçı kontrakt bağlamaq üçün 
razılaşmalara qoşulur.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin