Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə42/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   126
beynelxalq-biznes

 
 
6.4. Xairici iqtisadi fəaliyyətin dövlət 
tənzimlənməsi 
 
Xairici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsində, 
malların ixracını və idxalını operativ tənzimləmək üçün 
bəzi mallara mövsümi rüsumlar tətbiq olunur. Bu halda 
gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları də-
rəcələri tətbiq olunmur. Azərbaycan Respublikasının qa-
nunvericiliyinə uyğun olaraq, mövsümi rüsumların qüv-
vədə olduğu müddət ildə altı aydan çox ola bilməz. Azər-
baycan Respublikasında xüsusi rüsumlar aşağıdakı hallar-
da tətbiq olunur:

mallar Azərbaycan Respublikası gömrük ərazisinə 
bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran 
və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi 
təqdirdə müdafiə tədbiri kimi;

digər dövlətlərin və onların ittifaqlarının Azərbay-
can dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər 
hərəkətlərinə cavab tədbiri kimi.


103 
Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənmə-
sində istifadə olunan vasitələri aşağıdakı kimi qruplaşdır-
maq olar: lisenziyalaşdırma, kvotalaşdırma, texniki stan-
dart və normalar, sanitar-baytar normaları və s. 
Qeyri-tarif metodlarını üç qrupda təsnifləşdir-
mək olar: 
1. Kəmiyyət məhdudiyyətləri; 
2. Gizli metodlar; 
3. Maliyyə metodları. 
Qeyri-tarif metodlarının ən geniş yayılmış növü kə-
miyyət məhdudiyyətləridir. Kəmiyyət məhdudiyyəti de-
dikdə, idxalına və ixracına icazə verilən malların nomekla-
turasını və kəmiyyətini müəyyən edən qeyri-tarif inzibati
tənzimləmə forması nəzərdə tutulur. Kəmiyyət məhdudiy-
yəti hökümətin birtərəfli surətdə qəbul etdiyi qərar və 
müəyyən mal ilə ticarəti tənzimləyən çoxtərəfli saziş əsa-
sında tətbiq edilə bilər. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin