Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə48/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   126
beynelxalq-biznes

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


111 
FƏSİL 7. KAPİTALIN BEYNƏLXALQ 
HƏRƏKƏTİ 
 
7.1. Birbaşa və Portfel investisiyalar 
 
Uzunmüddətli xarakter daşıyan birbaşa investisiya, 
beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha çox 
müəyyənedici rol oynayır.
İnvestisiya layihəsinin başlanması və həyata keçiril-
məsi üzrə qərarın qəbul edilməsində firmalar investisiya 
―iqliminə‖ çox böyük əhəmiyyət verir.
İnvestisiya iqlimi dedikdə iqtisadiyyata kapital qo-
yan xarici iş adamının nöqteyi – nəzərindən ölkədə möv-
cud olan vəziyyət (situasiya) nəzərdə tutulur. Bu iqlim 
aşağıdakı qruplarda birləşdirilməsi mümkün olan çoxsayılı 
elementlərdən ibarətdir: 
1. Ölkədə sosial – iqtisadi vəziyyət və onun perspek-
tivləri. 
2. Daxili iqtisadi vəziyyət və onun inkişaf perspek-
tivləri. 
3. Beynəlxalq vəziyyət və onun perspektivləri
Məlum olduğu kimi beynəlxalq investisiyaların əsa-
sən iki forması mövcuddur: 
4. Birbaşa investisiyalar. 
5. Portfel investisiyalar. 
Birbaşa investisiyaların əsas xüsusiyyəti ondan iba-
rətdir ki, bu investsiyalar uzunmüddətli olur. Həm də bu 
investisiyaların qoyuluşunda investor ya tam ya da qismən 
şərik olur. 
İnvestisiya qoyuluşunda investor qoyulan investisi-
yaya nəzarət etməklə bərabər, kapital qoyuluşu mərhələ-


112 
lərlə aparılır. Belə ki, vəsaitə uyğun iş görüldükdən sonra 
növbəti işin icrası üçün vəsait ayrılır. 
Birbaşa investisiyaların həcmi olduqca böyük olur. 
Elmi araşdırmalar zamanı birbaşa investisiyalar nə-
zəriyyəsi tədqiq edilərkən bir sıra suallar ortaya çıxır. İlk 
olaraq əsas məsələ kimi ―Xarici kapitala malik olan müəs-
sisələr nə üçün yaranır və fəaliyyət göstərir?‖ sualı daha 
çox maraq kəsb edir. Eyni zamanda bununla yanaşı ayrıca 
olaraq aşağıdakı əlavə məsələlər də qarşıya qoyulur. Bun-
lara aşağıdakıları aid etmək olar:
- sahibkarları ölkə hüdudları kənarında iqtisadi fəa-
liyyətini həyata keçirməyə vadar edən səbəblər;
- birbaşa xarici investisiyaların sahəvi və coğrafi struk-
turu;
- xarici kapitalın iştirak etdiyi müəssisə çərçivəsində 
texnologiyaların ötürülməsinin səmərəliliyi;
- şirkətin xarici bazarlara çıxışı baxımından birbaşa 
investisiyaların formasının seçiminə təsir göstərən amillə-
rin müəyyənləşdirilməsi.
Kapital və maliyyənin beynəlxalq hərəkəti dedikdə - 
hər hansı bir ölkədə kapitalın və maliyyə ehtiyyatlarının 
bir hissəsinin müxtəlif formalarda milli təkrar istehsal pro-
sesindən çıxarılaraq, başqa bir ölkədə dövriyəyə buraxıl-
ması başa düşülür.
Dünya təsərrüfatı sisteminin beynəlxalq xarakteri 
artdıqca beynəlxalq kapital hərəkəti də sürətlə artır. Ka-
pitalın və maliyyənin beynəlxalq hərəkəti hər şeydən 
əvvəl ölkələr arasında istehsal xərclərinin, xüsusən əmək 
haqqının səviyyəsində mövcud olan fərqlə əlaqədardır. 
Məsələn, İkinci dünya müharibəsindən sonra əmək tutum-
lu istehsal kütləvi surətdə sənaye ölkələrindən əmək haqqı 


113 
çox aşağı (bəzən 10 dəfə) səviyyədə olan inkişaf etməkdə 
olan ölkələrə köçürülməyə başlamışdır.
Kapital hərəkətini şərtləndirən ən mühüm amillərdən 
biri ölkələr arasında təbii sərvətlərin qeyri – bərabər böl-
güsüdür. Transmilli şirkətlər yüksək mənfəət əldə etmək 
üçün ucuz xammal mənbəələrini də ələ keçirməyə çalışır-
lar. Kapital və maliyyə hərəkəti ənənəvi olaraq əmtəə hə-
rəkətinə də yol açır və bazarların təmin olnamsına şərait 
yaradır.
Xarici kapital iqtisadiyyata dinamik xarakter verir və 
daxili rəqabəti artırır. Əgər ölkə daxilində hər hansı bir sa-
hədə inhisar varsa xarici kapitalın daxil olması onu aradan 
qaldırır, istehsalın artmasına və qiymətlərin aşağı düşmə-
sinə səbəb olur. Eyni zamanda kapital qoyuluşunun yarat-
dığı yeni iş yerləri ilə işsizlik probleminin həll olunmasına 
yardım edir.
Kapital və maliyyə hərəkəti beynəlxalq miqyasda 
çox tərəfli və çox şaxəli şəkildə həyata keçirilir.
Kapitalın və maliyyənin beynəlxalq hərəkəti ölkələr 
arasında sənaye texnikası, maşın və qurğuların mübadiləsi 
anlayışı ilə eyni deyildir.
Dünya iqtisadi ədəbiyyatında ―kapital və maliyyənin 
beynəlxalq hərəkəti‖ anlayışı əsas etibarı ilə beynəlxalq 
kredit və investisiya qoyuluşları üzrə maliyyə axınlarını 
əks etdirir. Əgər şirkətlər xaricdə texnika və istehsal təyi-
natlı əmtəələr satın alırsa, bu beynəlxalq ticarət anlayışına 
daxildir.
Kapital və maliyyənin beynəlxalq axınları adətən 
özəl və ya dövlət bölmələrinə məxsus olmaqla uzunmüdd-
ətli və ya qısamüddətli, birbaşa və ya portfel formalarında 
həyata keçirilir: 


114 
A. Özəl kreditləşdirmə (yaxud mülkiyyət hüququnun 
satın alınması).
1. Uzunmüddətli investisiya qoyuluşları (istiqraz-
lar, səhmlər, patent və ya müəlliflik hüquqlarından 
istifadə)
a) Birbaşa qoyuluşlar–əsas etibarı ilə investorun 
mülkiyyətində və yaxud nəzarətində olan xaricdəki müəs-
sisələrin kreditləşdirilməsi və yaxud səhmlərinin alınması. 
b) Portfel investisiyaları investorun mülkiyyətində və 
ya nəzarətində olmayan xarici müəssisənin kreditləşdiril-
məsi və yaxud səhmlərinin satın alınması.
2. Qısamüddətli qoyuluşlar – bir ilə qədər müddətə 
veksellərin və s. kreditləşdirilməsi. Bu əsas etibarı ilə port-
fel investisiyaları ilə əlaqədardır.
B. Dövlət (rəsmi) kreditləşdirilməsi (əsas etibarı ilə 
portfel investisiyaları üzrə mülkiyyət haqqında satın alın-
ması yaxud uzun və qısamüddətli kreditləşdirmə). 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin