118
5-ildən çox olanlar isə uzun müddətli kapital qo-
yuluşları hesab edilir.
Demək olar ki, kapital qoyuluşlarının
əksər hissəsi
ortamüddətli kapital qoyuluşları formasında tətbiq edilir.
Məqsədinə görə beynəlxalq kapital qoyuluşları birbaşa,
portfel investitsiyalarına ayrılır. Birbaşa investitsiya uzun
müddətli maraqları təmin etmək-mülkiyyətə, yaxud idarə-
etmə də həlledici səsə malik məqsədi ilə həyata keçirilir.
Birbaşa xarici investitsiyalar əsasən xüsusi kapital olur.
Portfel investisiyasının funksiyası isə obyektin üzərində
nəzarət hüquqi verməyib,
ancaq ondan uzun müddətdə
gəlir əldə etmək imkanı verir. Bu özünü müxtəlif tipli
səhmlərdə əks etdirir(adi və müvafiq üstünlük verən
səhmlər). Beynəlxalq valyuta Fondu bundan başqa,daha
bir qrup investitsiya- ―sair investitsiyaları‖ fərqləndirir ki,
bunlar beynəlxalq borcları və
bank depozitlərini təşkil
edir ki, onlar da gah portfel, gah da birbaşa investisiyalar
formasında mövcud ola bilir.
Digər qrup iqtisadçılar, xüsusən də marksist-leninçi
siyasi iqtisadın nümayəndələrinin fikrincə isə kapitalın
beynəlxalq hərəkəti,kapitalın hər hansı
bir ölkədə siste-
matik olaraq daha yüksək gəlir əldə etmək məqsədilə tət-
biqi deməkdir. Real iqtisadi məzmununa görə kapitalın
beynəlxalq hərəkəti dünya iqtisadiyyatının fəaliyyət gös-
tərməsinin, bütün növdən olan beynəlxalq təsərrüfat əla-
qələrinin inkişafıni və şəraitini müəyyənləşdirir. Bəzi hal-
larda kapitalın beynəlxalq hərəkətinə ,onun hər hansı döv-
lət sərhədlərini aşması mövqeyindən yanaşılır ki ,bu da
kapitalın beynəlxalq hərəkətinin təcrübəsi nöqteyi-nəzər-
dən qismən özünü doğruldur. Hazırda kapitalın beynəl-
xalq hərəkəti bir başa xarici investitsiyalar kimi nəzərdən
119
keçirilir və əksər hallarda bu kapitalın hansısa
ölkədən
gəlir əldə etmək məqsədilə gəlməsinə əsaslanmır.
Xarakteri və məzmununa görə kapitalın beynəlxalq
hərəkəti müxtəlif formalarda ola bilir. Yaranma mənbəyi-
nə görə
- dövlət və xüsusi kapital formasında ola bilir.
Beynəlxalq miqyasda
dövlət kapitalı bilavasitə dövlət
büdcəsinin vəsaiti olub, müvafiq dövlət və ya hökümət or-
qanlarının qərar ilə xaricə gedir və yaxud da xaricdən gə-
lir. Formasına görə o, dövlət borcları, qrantları, yardımları
və s. bunların hərəkəti hökümətlərarası müqavilələrlə
müəyyən olunmuşdur. Bura eyni zamanda beynəlxalq təş-
kilatların (BVF kreditləri) kreditləri və digər belə vəsaitlər
aiddir. Bütün hallarda bu vəsaitlər vergiödəyicilərin və-
saiti hesab olunur.
Xüsusi kapital – bu xaricdə yerləşdiri-
lən və
yaxud da xaricdən qəbul edilən, dövlət vəsaiti ol-
mayan, ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəsaitləridir.
Bura, birbaşa dövlət büdcəsinin vəsasiti olmayan xa-
rici investitsiyalar, ticarət kreditləri, banklararası kreditləş-
mələr daxildir ki dövlət nəzarəti altında həyata keçirilir.
Təcrübədə dövlət vəsaitlərinin xüsusi kapital kimi investit-
siya edilməsinin incə metodları mövcuddur.
İstifadə edil-
Dostları ilə paylaş: