Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


  İnvestisiya şəraitinin dəyişməsi



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə54/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   126
beynelxalq-biznes

7.5. 
İnvestisiya şəraitinin dəyişməsi 
 
Kapitalın investisiya qoyuluşlarının birbaşa maliyyə 
kapitalının etibarlılığı ilə bağlıdır. Fond bazarlarında pay 


124 
hissələrinin əldə olunması sayəsində borc vəsaitinin veril-
məsi təkrar fond bazarının inkişafını ləngidir və səhm sa-
hibinin işini gözə çarpacaq dərəcədə ağırlaşdırır. Həm res-
publika daxilində, həm də onun regionlarında investisiya 
qoyuluşlarının inkişafı yetərli səviyyədə deyil. İnvestisiya-
nın inkişafında əsas pay əhalinin öz şəxsi yığımının hesa-
bına baş verir və bunun nəticəsində bank sektoruun inkişa-
fına təkan verir. 
İnvestiya siyasətinin daha da inkişaf etdirilməsi üçün 
başlıca amillər mövcuddur. Bu amillərə aşağıdakıları aid 
etmək oları:
- firmanın optimallıq şəraiti; 
- firmanın daxili büdcəsinin stimullaşdırılması; 
- innovasiyalı istehsalın tətbiqi; 
-verilən lizinq üzrə istehsalın optimallığının təmini;
- dövlət tərəfindən tətbiq olunan müxtəlif güzəştlər;
- iqtisadi fəaliyyət sahələrində mövcud ola biləcək 
risklərdən sğortalanmanın tətbiqi. 
İnvestisiya siyasəti bir neçə şərt daxilində çıxış edir. 
Bu şərtlər investorların optimal fəaliyyətinin əsas göstəri-
ciləridir. Bunlar aşağıdakılardır:
- İnvestorlar və investisiyalar haqqında dəqiq və an-
laşıqlı məlumat; 
- İnvestisiya qoyuluşunu həyata keçirmək üçün hü-
ququn əldə edilməsi; 
- İnvestisiya layihəsi üçün tenderlərin keçirilməsi və 
sərfəli olan investorların seçilməsi;
- İnvestisiyalaşmanın optimallıq səviyyəsi.
- Dövlət tərəfindən həyata keçirilən dəstək verici for-
malar.


125 
Müəssisə üzrə investisiya siyasətinin həyata keçiril-
məsi özündə aşağıdakıları birləşdirir:
- Müəssisə fəaliyyəti üçün uzun dövrü əhatə edən 
planların işlənib hazırlanması; 
- Sərbəst pul axınlarının investisiya layihələrinə cəlb 
olunması;
-İnvestisiyalaşma üzrə proqnozların verilməsi; 
- Layihələrin işlənməsi üçün investisiya büdcəsinin 
proqramlarının təmini; 
- hazırlanmış investisiya layihələrinin optimallığının 
müəyyən edilməsi;
- İnvestisiya layihələrinin nəticələrinin təhlili; 
- İnvestisiyaların cəlbediciliyinin təhlili. 
İqtisadiyyatın hər bir sahəsində kapitala olan tələb 
müxtəlif olur. Firmanın normal fəaliyyətini təmin etmək 
üçün kapitalın istehsal fondlarının minimum səmərəlilik 
həddinin saxlanılması vacibliyini ön plana çəkir. Firmanın 
fəaliyyəti üçün onun optimallığını müəyyən etmək çox va-
cibdir. İnvestisiya cəlb etmək imkanını müəyyən edən va-
sitələr müəssisənin nəzarətindən kənarda qala bilir. Bu sə-
bəbdən də, onlar üzərində tam nəzarət üçün investorların 
qoyuluşlarına təsir edə biləcəkləri vasitələr hazırlanır. İn-
vestisiya sahəsində tənəzzül halının çoxalmasını nəticələn-
dirən bir çox amillər vardır. Bunlar aşağıdakılardır:
- İnvestisiya qərarlarının tətbiqi üzrə nəzarət komis-
siyasının yaradılmaması;
- Səmərəsiz qoyuluşların həyata keçirilməsi;
- Cəlbediciliyin aşağı olması;
- Sənaye sahələrində innovativləşmənin az tətbiq 
olunması. 


126 
Bu amillər elə investisiya siyasətinin istifadə olun-
masını nəzərdə tutur ki, bu özəl və xarici kapital üçün sə-
naye sahələrinə cəlbediciliyin atırılmasına yönəldilən in-
vestisiya siyasəti müxtəlif tədbirləri əhatə edir: 
- optimal investisiyanın sahələr üzrə bölüşdürülməsi; 
- Müddətlərinə görə investisiya sahələrinin bölgüsü
- İnvestisiyanın cəlbediciliyinin artırılması; 
- İnvestisiyanın səmərəli vasitələrlə tətbiqi; 
- İnvestisiya qoyuluşlarının səmərəli istifadə olunması; 
- Risk dərəcəsinə nəzarət olunması. 
İnvestisiya bazarının vəziyyəti və onun seqmentləri 
tələb, təklif, qiymət, rəqabət kimi göstəricilərlə səciyyə-
lənir. Bazarın normal fəaliyyəti üçün investisiya qoyuluş-
larının dəqiq və zamanında təhil edilməsi vacibdir. Bazar 
iqtisadiyyatlı ölkədə investisiya siyasəti qoyuluşlarının 
müəyyən bir qisminin maliyyələşdirilməsi, resurslar ba-
zarının və infrastrukturlarının inkişafı və investisiya fəa-
liyyətinin üzvləri arasında müqavilə və qaytarma sistemi 
prinsiplərinə əsaslanmalıdır. Həmçinin, bu proqramlar 
üçün dövlət dəstəyi lazımdır. Dövlət tərəfindən həyata ke-
çirilən investisiya siyasətinin səmərəli təşkili, həmçinin iq-
tisadi təhlükəsizliyinin təmin edilməsi olduqca vacibdir. 
İnvestisiya siyasətinin səmərəliliyin artırılması bu amillər 
üzrə aparılır:
- Firma kapitalının bazar üçün təhlili;
- İnvestisiyalaşmanın risklərdən sığortalanması; 
- Amartizasiya siyasəti nəticəsində firmanın sərbəst-
lilik göstəricisi; 
- Firma daxilində yığımın artırılması hesabına inves-
tisiya layihələrinin maliyyələşdirilməsinin intensivləşdiril-
məsi; 


127 
- İnvestisiya mühitinin çoxsahəli formalarının inki-
şafının təmini;
- Daxili mənbələr hesabına yığımın artırılması; 
- Müəssisədə investisiya resurslarının rolunun geniş-
ləndirilməsi;
- Səhmlər üzrə investisiya layihələrinin tətbiq edil-
məsi;
- Əvəzli şəkildə verilən kreditlərin stimullaşdırılması; 
İnvestisiya mühiti bu bazarın cəlbetmə dərəcəsini tə-
yin edən və investisiya risklərinin kəmiyyətini şərtləndirən 
sosial-iqtisadi, siyasi və maliyyə amillərinin məcmusudur. 
İnvestisiya şəraiti özlüyündə başlıca olaraq iki kom-
ponenti:
1.Ayrılıqda firmanın, regionun, respublikanın obyek-
tiv imkanlarını. 
2. İnvestorun fəaliyyət mühitini özündə cəmləşdirir, 
investisiya riski nəzərə alınmaqla yerinə yetirilir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin