İxrac
İdxal
Həcmi,
xüsusi
həcmi,
xüsusi
mlrd.doll. çəkisi, % mlrd.doll. çəkisi, %
ABŞ
240
18,2
165,8
12,7
Böyiik Britaniya
100,5
7,6
78,8
6,0
Fransa
84,6
6,4
65,4
5,0
Almaniya
78,9
6,0
125,0
9,6
İtaliya
66,6
5,1
-
-
Yaponiya
60,0
4,6
110,7
8,5
Aşağıdakı cədvəldə (2000-ci il üzrə) bəzi dövlətlər
üzrə xidmətlərin ixracı və idxalı verilmişdir
Burada:
- məsləhət injinirinqi;
- texnoloji injinirinq xidmətləri yerinə yetirilir;
Xidmətlərin alınıb-satılması əməliyyatlarmda icarə
münasibətləri də böyük rol oynayır. Beynəlxalq icarə de-
dikdə, maşın və avadanlıqlarm muzdla (müəyyən tərəd-
düdlə) xarici səxsə verilməsi nəzərdə tutulur.
Cədvəl 8.2.
8.3. İnjinirinq xidmətinin vəzifələri, mərhələləri
və biznesin inkişafında onun rolu
Müasir beynəlxalq iqtisadiyyat həm elm və texnika-
nın güclü inkişafı, informasiya sistemlərinin genişlənməsi,
istehsal texnologiyalarının yüksək səviyyədə olması, həm
də logistikanın inkişafı ilə müşaiyət olunur.
136
İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə
iqtisadi əlaqələrinin yeni müstəviyə gətirilməsi, yəni isteh-
sal texnologiyalarına malik olan inkişaf etmiş dövlətlərlə,
geniş xammal ehtiyatlarına və işçi qüvvəsinə malik olan
inkişaf etməkdə olan ölkələr arasında iqtisadi əlaqələr, bi-
rincilərin ikincilərin ərazisində yeni istehsal texnologiya-
larına əsaslanan sənaye obyektlərinin tikilib istifadəyə ve-
rilməsi ilə müşayət olunur. İnjinirinq xidməti beynəlxalq
miqyasda orjinal layihələrin də işlənib hazırlanması sahə-
sində geniş yer tutur.
Müasir dünya iqtisadiyyatında sənaye obyektlərinin
layihələndirilməsi, inşa edilməsi və istismarı injinirinq
xidmətinin üzərinə düşür. İnjinirinq xidməti eləcə də inno-
vasiya fəaliyyətinin nəticələrinin tətbiq edilməsində
mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq injinirinq xidməti müxtəlif ölkələrdə, xü-
susən inkişaf etməkdə olan ölkələrə iri layihələrin, sənaye
obyektlərinin, aqrar sahədə yeni texnologiyaların tətbiq
olunmasında daha geniş fəaliyyət göstərir. İstehsal texno-
logiyalarında yeni kəşflərin meydana gəlməsi istehsal həc-
minin artırılmasına və eyni zamanda məhsulun maya də-
yərinin aşağı düşməsinə səbəb olur. Buna görə də beynəl-
xalq biznesdə yeni texnologiyaların tətbiq edilməsində
dünya iqtisadiyatında injinirinq xidmətinin rolu böyükdür.
Beynəlxalq biznesdə injinirinq xidmətindən geniş is-
tifadə olunması beynəlxalq biznesin inkişafına, yəni ölkə-
lər arasında istehsal texnologiyalarının fərqinin azaldılma-
sına, o cümlədən istehsal mədəniyyətinin yaxınlaşmasına
və istehsal olunan məhsulların keyfiyət baxımından bir-bi-
rinə yaxın olmasına gətirib çıxarır.
137
Beynəlxalq injinirinq özündə istehsal xidməti komp-
lekslərini, kommersiya və elmi texniki xarakterli, həmçi-
nin tikinti və sənaye komplekslərini özündə əks etdirir.
İnjinirinq xidmətinin bütün spektorları özündə tex-
niki yardımın növlərini və əsas iki xidməti cəmləşdirir:
1. Xidmət texnologiyalarının prosesə hazırlanması.
2. Xidmət rentabelli istehsalın təmiri.
İnjinirinq xidməti üç mərhələdə yeni məhsulun
istehsalı planı təfsilatı ilə işlənib hazrlanır və bu mərhələ-
lərdə material təchizatı mənbəyi, komponentlər və avadan-
lıqlar prototiplərinin hazrlanması həyata keçirilir.
İnjinirinq xidmətini ümumiləşdirməklə 4 mərhələyə
bölmək olar:
1. Layihəqabağı xidmətlər, bazar kanyukturasının
yəni bazarın tutumunun öyrənilməsi, marketinq, topoqra-
fik çəkiliş.
2. Layihə xidmətləri, hansı ki, injinirinq bazasını və
əsas detallarını əks etdirir.
3. Tikinti və əsas texnologiyaların işlənməsi ilə bağlı
müqavilələrin bağlanması.
4. Yeni obyektin yaranmasını şərtləndirən və konk-
ret problemləri özündə əks etdirənxüsusi xidmətlər.
Yuxarıda qeyd olunanları nəzərə alsaq belə bir mə-
sələ ortaya çıxır ki, injinirinq xidməti əsasən inkişaf etmiş
dövlətlər tərəfindən həyata keçirilir. Buna səbəb isə bu
dövlətlərin əlində elm və texnikanın son nailiyyətləri olan
müasir texnologiyaların cəmlənməsidir. Həmçinin bu öl-
kələr yuxarıda qeyd olunduğu kimi konsaltinq, layihələn-
dirmə, malgöndərmələr, inşaat, idarəetmə və digər sahə-
lərdə daha çox ixtisaslaşmış olmaqla bərabər eyni zaman-
da həm ixtisaslaşmış kadrlara, həm də investisiya qoymaq
138
imkanına malikdirlər. Məlum olduğu kimi hal-hazırda
beynəlxalq biznes 2 istiqamətdə inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələr arasında iqtisadi münasibətlər quru-
lur.
1. İnvestisiya qoyuluşları.
2. Yeni texnologiyaların tətbiq olunması.
Məlum olduğu kimi hər 2 istiqamətdə beynəlxalq
biznesin inkişafı üçün injinirinq xidmətinin tətbiq olunma-
sının əhəmiyyəti böyükdür.
Tutaq ki, hər hansı bir ölkə və ya inkişaf etmiş dövlət
digər ölkənin müəyyən bir sektorunun inkişafı üçün inves-
tisiya qoymağa hazırlaşır. Təbiidir ki, bu ölkəni, yəni in-
vestisiya qoyulan ölkənin qoyulan vəsaiti həmçinin bu sa-
hədə tikinti, texnoloji işlərin aparılması və layihənin tam
işə düşməsi üçün mütəxəssisi yoxdur. Bu mütəxəssislər
xaricdən cəlb olunmalı və prosesin idarə olunmasında
müəssisənin tam işə düşüb istehsal olunan məhsulun ba-
zara çıxarılması mərhələsinə qədər idarə etməlidir.
İnjinirinq xidmətinin beynəlxalq biznesdə əhəmiyyə-
tini daha qabarıq şəkildə aydınlaşdırmaq lazımdır. Tutaq
ki, hər hansı bir inkişaf etmiş dövlət inkişaf etməkdə olan
dövlətin ərazisində yeni texnologiyaların tətbiq olunması
şərtilə birgə müəssisə açır. Bu halda isə həmin müəssisə-
nin binasının inşa edilməsindən başlayaraq yeni texnologi-
yanın gətirilməsi, quraşdırılması, sazlanması, sınaqdan ke-
çirilməsi və müəyyən müddət idarə olunması, eyni zaman-
da texniki qulluq göstərilməsi üçün təbiidir ki, xaricdən
mütəxəssislər cəlb olunmalıdır. Məsələ təkcə bu qeyd olu-
nanlarla bitmir. Əgər xarici firma belə bir texnologiyanı
―açar altı‖ təhvil verirsə və ya yerli sahibkarlarla birgə
139
idarə edirsə burada yerli kadrlarında hazırlanması ən mü-
hüm məsələlərdən biridir.
Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, in-
jinirinq xidməti beynəlxalq biznesin inkişafında gələcək
fəaliyyət sahəsi kimi əvəvzolunmaz bir sahə olacaqdır.
Dostları ilə paylaş: |