142
2) orta həddən aşağı gəlir səviyyəsi olan ölkələr o
ölkələrə aid edilir ki, hər nəfərinə düşən illik milli məhsul
məcmusu 726 - 2895 dollar arasında olsun;
3) orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr
əhalinin hər nəfərinə düşən illik milli məhsul gəlir məc-
musu 2895-8995 dollar arasında olan ölkələrdir;
4) yüksək gəlir səviyyəsi olan ölkələrdə əhalinin hər
nəfərinə düşən illik milli məhsul məcmusu 8995 dollardan
yuxarı olur.
8.5. Ölkənin iqtisadi strukturunun öyrənilməsi.
Bazarda alıcı firmanın və bazar tədqiqinin aparılması
metodları
Hər hansı bir ölkə ilə ticarət əlaqələrinin həyata keçi-
rilməsi haqda qərarların qəbul edilməsi üçün müəssisə
həm
gəlir səviyyəsini, həm də həmin ölkənin iqtisadi
strukturunu öyrənməlidir. Natural təsərrüfata yaxınlaşan
iqtisadiyyatı olan ölkələr istehsal edilən məhsulun böyük
hissəsini özləri istifadə edirlər, əvəzində isə yerdə qalan
hissə sadə məhsul və xidmətlərdən istifadə edirlər. İdxal
ölkələri adətən hər hansı bir növ təbii resursla (məsələn:
qalay və mis, kauçuk, neft və s.) zəngin olur, amma digər
təbii resursa malik olmur (məsələn, k/t məhsulları, bu və
ya digər filizlər və s.). İnkişaf etməkdə olan sənaye ölkələ-
rində hasilatedici sənaye illik milli məhsul məcmusunun
10-20 %-ni verir. Belə sənayenin inkişafı
ilə xammala
olan tələbat artır, hazır məhsula olan tələbat isə azalır.
Bundan başqa, burada həm çox zəngin adamlar sinfi, həm
də tələbatının ödənilməsi tələb olunan inkişaf etməkdə
olan çox da böyük olmayan orta səviyyəli sinif yaranır.
143
İnkişaf etmiş sənaye ölkələri üçün öz aralarında sənaye
məhsullarının idxal və ixracının inkişafı, həmçinin digər
iqtisadi strukturlu ölkələrlə ticarətdə xammal və yarım-
fabrikatların idxalı və sənaye məhsullarının ixracı xarak-
terikdir. Belə ölkələrdə yüksək aılıcıl qabiliyyətinə malik
olan orta səviyyəli sinfin olması, həmçinin istehsal fəaliy-
yətinin müxtəlifliyi və geniş miqyalı aləcıları daha da əhə-
miyyətli edir və dünya ticarətinə cəlb edir. Ölkə arasındakı
fərqi təkcə iqtisadi quruluşun
nöqteyi nəzərindən deyil,
həm də onların siyasi və hüquqi təşkilatları nöqteyi nəzə-
rindən də nəzərə almaq lazımdır. Beləliklə də, müxtəlif öl-
kələr xaricdən alış prosesinə müxtəlif cür münasibət bəslə-
yirlər. Bəzi ölkələr xaricdən qoyulan investisiyaların və
idxalı üstün tutur. Bəzi ölkələr isə proteksionist siyasəti
aparır, bu və ya digər növ valyutalardan istifadəni qadağan
edir, idxal kvotalarının yerinə yetirilməsini tələb edir,
hətta bəzən embarqolardan istifadə edirlər və s. Bu və ya
digər ölkələrdə həmin ölkə üçün xarakterik olan siyasi
sabitlik və yaxud qeyri-sabitlik ticarət əməliyyatlarının
həyata keçirilməsinin məqsədəuyğunluğuna əsaslı
təsir
göstərə bilər. Bəzən iqtisadi kursun dəyişməsi həmin ölkə-
yə hakimiyyətin dəyişib dəyişməməsindən asılı olmayaraq
çox kəskin şəkil ala bilər. Siyasi nöqteyi-nəzərdən uyğun
orqanlar xarici firmaların mülkiyyətini müsadirə edə bilər,
valyuta aktivlərinə həbs qoyula bilər, idxal üçün kvotalar
yaradılar və s. Bu və ya digər ölkədə qoyulan valyuta
məhdudiyyətləri də həmçinin satıcının potensial gəlirilə və
alıcının çəkdiyi xərcə əsaslı təsir göstərir. Buna görə də,
hər hansı ölkənin bazarına çıxmazdan əvvəl, istehsalçı fir-
ma marketinq tədqiqatları aparmalı, həmin ölkənin valyuta
məhdudiyyətləri üçün xarakterik olan təhlili həyata keçir-
144
məlidirlər. Nəhayət, dövlət
mexanizminin səmərəliliyini,
dövlətin xarici firmalara təsirinin reallığını və mümkünlü-
yünü, gömrük fəaliyyəti səviyyəsi, iqtisadi məlumatların
dəqiqliyini və s. nəzərə almaq vacibdir. Digər ölkələrin
bazarına çıxarkən bu ölkələrin mədəni mühit xüsusiyyət-
ləri də nəzərə alınmalıdır. Çox zaman mədəni mühitin
özünəməxsus xüsusiyyətlərinin,
mədəni ənənələrin öyrə-
nilməməsi ona gətirib çıxarır ki, istehsalçı firma çox bö-
yük müvəffəqiyyətsizliyə uğrayır. Əksinə bütün bu xüsu-
siyyətlərin öyrənilməsi və onların uçotu xarici iqtisadi are-
naya çıxan müəssisələrin təcrübə fəaliyyətində çox böyük
kommersiya müvəffəqiyyətinə gətirib çıxarır. Hal-hazırda
bir çox müəssisələr beynəlxalq istehsal məişət fəaliyyəti
ilə elə geniş miqyasda məşğul olurlar ki, onlara hətta
transmilli korporasiya adı da vermək olar.
Digər tərəfdən
belə korporasiyaların xarici iqtisadi fəaliyyəti digər ölkə-
lərdə istehsal edilən məhsulların həmin ölkənin daxili ba-
zarına daxil olması yollarını asanlaşdırar. Bu da son
nəticədə istehlakçıların marağına qulluq edir.
Hər bir mala qarşı qoyulan
əsas tələb – alıcının tələ-
batının ödənilməsidir. Təbiidir ki, malların işlənilməsi və
hazırlanması zamanı təkcə
gələcəkdə mənfəət gətirəcək
yeni əşyanın və yaxud xidmətin yaradılması haqqında dü-
şünmək lazım deyildir.
İstənilən hər hansı bir malı (əşyanı, xidməti) üç
səviyyədə nəzərdən keçirmək lazımdır. Birinci –
malın
Dostları ilə paylaş: