partiyasının həcminə görə güzəşt, mövsümi güzəştlər və
s.) edirlər. Bununla əlaqədar olaraq qiymət güzəştlərinin
müəyyənləşdirilməsi mərhələsində istehsalçı son və aralıq
alıcılara ediləcək güzəştlərin növlərini və səviyyəsini
müəyyənləşdirir.
10. Müəssisə son qiymətin müəyyən edilməsi mərhə-
ləsində məhsulun ilkin qiymətini və ediləcək güzəştlərin
səviyyəsini nəzərə almaqla onun son qiymətini müəyyən-
ləşdirir.
11. Nəhayət, fəaliyyətin nəticəsinin qiymətləndiril-
məsi mərhələsində qiymətqoymanın nəticəsi təhlil edilir,
qarşıya qoyulmuş məqsəddən kənarlaşmalar və onun sə-
bəbləri araşdırılır, əldə edilmiş nailiyyətlərin möhkəmlən-
dirilməsi və inkişaf etdirilməsi, uğursuzluqların aradan
qaldırılması üzrə tədbirlər hazırlanır.
12. Məhsulun qiymətinin müəyyən edilməsində
aşağıdakı metodlardan istifadə edilir:
13. a) xərclərə əsaslanan qiymətqoyma metodundan;
14. b) rəqabətə əsaslanan qiymətqoyma metodun-
dan;
15. c) tələbə əsaslanan qiymətqoyma metodundan;
16. ç) marketinqə əsaslanan qiymətqoyma metodun-
dan istifadə edilir.
152
9.2. Beynəlxalq əməliyyatlarda qiymətlərin müxtəlif
növündən istifadə və xərclərə əsaslanan qiymətqoyma
metodları
Beynəlxalq biznesdə qiymətlərin formalaşmasında
iki əmtəə qrupu dəqiq ayrılır:
1. Xammal məhsulları.
2. Hazır məhsul.
Birinci qrupa enerji daşıyıcıları, material və kənd tə-
sərrüfatı xammalı, habelə ərzaq məhsullarının bəzi növ-
ləri, meşə məhsulları, kənd təsərrüfatı gübrələri və s. aiud-
dir.
İkinci qrupa təcrübü olaraq yerdə qalan məhsulların
hamısı emal sənayesi məhsulları, maşınqayırma məhsul-
ları və s. Metallar isə hər iki qrupun xüsusiyyətlərini özün-
də birləşdirir.
İlkin xammal üzrə qiymətlər spesifik xüsusiyyətlərə
malikdir:
1. Xammal məhsulları hazır məhsullara nisbətən mü-
qayisədə informasiya baxımından daha ―açıq‖dır. Bu
onunla bağlıdır ki, kəmiyyət xarakyteristikaları və onların
müvafiq qiymət nisbətləri müqayisələr üçün daha şəffafdır.
2. Burada istehsalçıların qiyməətlərlə manevr etməsi
üçün imkanlar, hazır məhsullarla ticarətdəkindən daha az-
dır və qiymət rəqabətindən az istifadə olunur.
3. Xammal məhsulları bütövlükdə istər əmtəələrin
öz əvəzedicilərinin, istərsə də malgöndərənlərin seçilmə-
sində daha standart və qarşılıqlı əvəzolunandır.
Xammal əmtəələrinin beynəlxalq ticarətində əmtəə
birjalarından geniş istifadə olunur ki, bu sektorda qiymət-
153
lərin müəyyən edilməsi qaydası uzun illər cilalanmış və
ciddi qaydalara tabe edilmişdir.
Emal sənayesi məhsullarının qiymətlərinin spesifik
xüsusiyyəti ona əsaslanmışdır ki, konkret əmtəə üzrə orta
statistik səviyyəni hesablamaq son dərəcə çətindir. Bu hər
şeydən əvvəl, emal sənayesinin özünün məhsullarının
spesifik xüsusiyyətləri ilə bağlıdır. Onun əsas əlamətlərinə
isə aşağıdakılar aiddir:
1. Emal sənayesi məhsullarının növləri, yarımnövlə-
ri, tipik növləri və digər göstəriciləri.
2. Bir çox maşın və avadanlıqların mürəkkəb keyfiy-
yət xarakteristikalarının müqayisəsində çətinliklərin ol-
ması.
3. Keyfiyyət xarakteristikalarının dinamik olması,
yəni yeni texnologiyaların, yeni keyfiyyət dəyişmələri ya-
ratmaşı.
4. Beynəlxalq ticarətin inkişafı bazarlarda yeni əm-
təələrin və əmtəə çeşidlərinin tez-tez dəyişməsi.
5. İdxalçı ölkədə avadanlığın istismarı ilə bağlı
ehtiyat hissələri və xidmətlərinə uzunmüddətli ehtiyacın
yaranması.
6. İnvestisiya qoyuluşları nəticəsində yeni əmtəələr
meydana gəldikdə idxalçı ölkələr üçün yeni əmtəələrin
formalaşması qiymətlərə təsir göstərir və s.
Xammal və hazır məhsullar üzrə qiymətlərin əmələ
gəlməsinin qeyd edilən xüsusiyyətləri ona gətirib çıxarır
ki, makrosəviyyədə, dövlətlərarası səviyyədə tez-tez bir-
birindən xarici ticarətin xarakteri və məzmunu ilə kəskin
fərqlənən sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr arasında problemlər yaradır.
154
Nəticədə əmtəə qrupu üzrə qiymətlərin nisbəti dina-
mikası mərkəzləşdirilməklə ölkələrin ―ticarət şərtləri‖ndə
(terms of trade) öz ifadəsini tapmış olur.
Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə
bölünür:
1) Daxili amillər.
2) Xarici amillər.
Dostları ilə paylaş: |