Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


 Danışıqlara hazırlıq və ikitərəfli



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə73/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   126
beynelxalq-biznes

10.3. Danışıqlara hazırlıq və ikitərəfli 
razılaşmalar 
 
Danışıqlara hazırlıq üçün elə üsullar seçilməlidir ki, 
bu xarici dövlətin tələblərinə uyğun gəlsin. Eyni zamanda 
qarşı tərəfin tarixi mədəniyyəti, xarici investor şirkətlərinə 
münasibəti və s. dərindən öyrənilməlidir ki, nümayəndə 
heyəti hər hansı bir məsələyə qarşı tərəfin necə reaksiya 
verəcəyini qabaqcadan görə bilsin.
Danışıqlarda iştirak edəcək nümayəndələr qabaqca-
dan müəyyənləşdirməklə bərabər, adətən hüquqi, maliyyə, 
istehsal istiqamətlərini yaxşı bilən mütəxəsislər olurlar ki, 
laxım gəldikdə müəyyən dəyişikliklər aparmağı bacarsın-
lar.
Danışıqların aparılmasında bir qayda olaraq o şəxs-
lərdən istifadə olunur ki, hər iki tərəfdən icrarxiya səviy-
yəsi uyğun olsun.


179 
Danışıqların aparılması üçün yerin seçilməsi də va-
cib məsələlərdən biridir. İkitərəfli razılaşmalar prosesi 
adətən ilkin danışıqların müvəffəqiyyətlə başa çatmasın-
dan sonra baş verir. Belə ki, hər iki ölkənin nümayəndə 
heyəti layihəni bəyənir, şərtləri qəbul edir və müqaviləni 
imzalamağa hazırdır. Lakin gələcəcək fəaliyyətdə müəy-
yən dövlət təminatlarına ehtiyac vardır.
Bu zaman dövlətlərarası ikitərəfli razılaşma prosesi 
baş verir. İkitərəfli razılaşmalar, investor ölkəsinə, müha-
ribələr, valyuta kurslarının dəyişməsi və s.proseslər baş 
verdikdə bu hadisələrin meydana gəldiyi zaman ödənişlərə 
təminat verir. 
Lakin nəzərə almaq lazımdır ki, hələ praktikada bu 
məsələlərin həll edilməsi üçün konkret mexanizm mövcud 
deyil. Bu firmaların öz arasında danışıqlar yolu ilə həll 
olunur. İşgüzar görüşü təşkil etməzdən əvvəl onun məqsə-
dini aydın təsəvvür etmək lazımdır. Bu cür görüşlər sadə-
cə tanışlıq xatirinə də, lobbiçilik məqsədi ilə də, konkret
təklif irəli sürmək üçün də keçirilə bilər. İstənilən halda 
dəvət etdiyiniz şəxs görüşün məramı barədə əvvəlcədən 
ətraflı məlumatlandırılsa, bu, danışıqların daha səmərəli 
olmasına kömək edər. 
Görüş zamanı ortaya çıxa biləcək kommunikativ ma-
neələr barədə də əvvəlcədən tədbir görmək pis olmaz. Nə-
zəriyyəçilər belə maneələrin bir neçə növünü qeyd edirlər. 
Anlama maneəsi. Bu, o zaman baş verir ki, danışan 
şəxs öz fikrini dəqiq və aydın ifadələrlə çatdıra bilmir və 
qarşı tərəf onun nə istədiyini anlamır. Buraya təcrübəsiz 
tərcüməçi vasitəsilə danışıqlar zamanı yaranan anlaşılmaz-
lıqları da əlavə etmək olar. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin