Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


 Etibarlı tərəfdaşın axtarılması strategiyası



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə75/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   126
beynelxalq-biznes

10.4. Etibarlı tərəfdaşın axtarılması strategiyası 
və firmanın etibarlılığına əsas verən amillər 
 
Tərəfdaşın tapılması strategiyası mürəkkəb və dəqiq-
lik tələb edən bir problemdir. Bu tərəfdaşın tapılmasından 
qabaq firmanın hansı ölkələrlə ticarət aparmaq niyyətində 
olmasının müəyyənləşdirilməsi prosesinin başa çatdırılma-
sıdır. Bəzi vəziyyətlərə görə ölkələr arasında fərqlər böyük 
olduqca, ticarət imkanları da artır. Belə ki, ölkələr arasın-
da əsasən iqtisadi baxımdan inkişaf və ya iqlim fərqləri bu 
məsələdə əsas amillər hesab olunur. Üçüncü əsas amil isə 
innovasiya imkanlarıdır.


182 
Tərəfdaşın seçilməsində ikinci əsas nəzəriyyə oxşar 
ölkələr nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə hər hansı bir 
məhsulun istehsalı ölkə daxilində aparılır. Daxili bazar tə-
min olunduqdan sonra digər oxşar ölkənin bazarına çıxarı-
lır və bu bazarda əmtəə satışı davam etdirilir. Oxşar ölkə-
lərin əsas əlamətləri aşağıdakılardır:
1. Təbii iqlim şəraitinin uyğunluğu. 
2. Qonşu ölkənin adət-ənənəsinə uyğunluq. 
3. Bəzi hallarda dil birliyi və dil yaxınlığı.
4. Mədəniyyət və tarixi yaxınlıq və ya kök birliyi.
5. İqtisadi baxımdan inkişaf səviyyəsinin yaxınlığı. 
6. Dini eyniliklər. 
7. Siyasi baxımdan yaxınlıq və s.bu əlamətlərdəndir. 
İşgüzar görüşün forması qarşıya qoyulan məqsəddən, 
iştirakçıların sayından, görüşün əhəmiyyətindən və sizin 
büdcənizdən asılıdır. Birgə nahar, şam və hətta səhər ye-
məyi də işgüzar görüşün formalarındandır. Deyirlər ki, 
Corc Soros ən ciddi danışıqları nahar masası arxasında 
aparır və müqavilələri də oradaca imzalamağa çalışır. Gö-
rünür, onun fikrincə, tox adam daha üzüyola olur. 
Bir sıra qeyri-kommersiya təşkilatları – ictimai bir-
liklər, biznes təşkilatları, siyasi partiyalar dar dairədə keçi-
rilən cari işgüzar görüşlərlə yanaşı, daha kütləvi tədbirlər 
– dəyirmi masalar, konfranslar formasında görüşlərdə təş-
kil edirlər. Bu cür görüşlər mövzudan asılı olaraq (məsə-
lən, hər hansı peşə etikası kodeksinin qəbul edilməsi, 
müəyyən hadisəyə kollektiv münasibət bildirilməsi və b.) 
çox qızğın diskussiyalarla müşaiyət oluna və bir neçə gün 
çəkə bilər. Belə tədbirlərin təşkili gərgin əmək tələb edir: 
görüşün senarisi, əsas çıxışlar və natiqlər qabaqcadan 
müəyyən olunur, hər bir iştirakçı lazımi informasiya ma-


183 
terialları ilə təmin olunur. Bu qəbildən olan tədbirlər adə-
tən mətbuat nümayəndələri üçün açıq olur və təşkilatçılar 
görüşün gedişinin mətbuatda geniş işıqlandırılmasına çalı-
şırlar. 
Bir gün və daha artıq çəkən görüşlər adətən nahar və 
kofe-breyklərlə müşaiyət olunur ki, bu da yeni tanışlıqlar 
yaratmağa, kiçik problemləri ayaqüstü həll etməyə və əgər 
görüşə dövlət adamları dəvət olunublarsa, lobbiçiliklə 
məşğul olmağa imkan verir. 
Uzun çəkən görüşlərdə ən böyük problemlərdən biri 
dəvət olunanların tədbirin sonuna qədər iştirakını təmin 
etməkdir. Nəzərə almaq lazımdır ki, bu cür tədbirlərin işti-
rakçıları, hansı sahədə çalışmalarından asılı olmayaraq, iş 
adamları olurlar və həmişə vaxt darlığı hiss edirlər. Ona 
görə də tədbiri təşkil edərkən bir neçə məqama xüsusi diq-
qət yetirmək lazımdır: 
Büdcəniz yol verirsə, bu cür tədbirləri şəhərdən kə-
narda münasib zalı olan oteldə təşkil etmək daha məqsədə-
uyğundur.Üzgüçülük hovuzu, barı, tennis kortu və s. şərai-
ti olan yerdə konfrans iştirakçıları həm işləyə, həm də din-
cələ bilərlər. 
İştirakçıları müəyyən edərkən çalışmaq lazımdır ki, 
seçilmiş mövzu həm onların məşğul olduğu işlə bağlı, 
həm də maraqlı olsun. 
Natiqləri təyin edərkən əvvəlcədən onların çıxışla-
rının tezisləri ilə tanış olmaq lazımdır. Çıxışlar darıxdırıcı 
və uzun olmamalıdır. Yaxşı olar ki, onlar auditoriya ilə 
dialoq şəklində qurulsun. 
Konfransın aparıcısı maraqlı və yumor hissinə malik 
şəxs olmalıdır. 


184 
Müzakirələr zamanı heç bir iştirakçı diqqətdən kə-
narda qalmamalıdır. Passiv iştirakçılara xüsusilə tez-tez 
müraciət olunduqda onlar fəallaşırlar. 
Belə tədbirləri keçirənlər öz təşkilatlarının təbliği 
üçün geniş imkanlar qazanırlar. Görüş zamanı onlar özləri 
haqqında reklam-informasiya materialları paylaya, sənədli 
film nümayiş etdirə bilərlər. Jurnalistlərin tədbirə dəvət 
olunması isə təşkilat rəhbərləri ilə müsahibələrin, görüş 
haqqında hesabatların mətbuata çıxarılmasına şərait yaradır. 
Bu məsələlərin müəyyənləşdirilməsindən sonra tica-
rət əlaqəsi yaradılan ölkənin hər hansı bir firması tərəfdaş 
kimi qəbul oluna bilər. Bir şərtlə ki, bu firma da öz növbə-
sində tərəfdaş olmağa maraqlı olsun. Belə halda adətən bir 
neçə firma ilə ayrı – ayrılıqda danışıqlar aparılır. Lakin bu 
firmaların bu danışıqların digərləri ilə də aparılmasından 
xəbəri olmamalıdır. Nəticədə bu firmalardan biri tərəfdaş 
kimi təbii ki, daha tanınmış və etibarlısı seçilir. Firmanın 
etibarlılığını müəyyənləşdirən amillər isə əsasən aşağıda-
kılardır: 
1. Firmanın beynəlxalq aləmdə nə dərəcədə tanınması. 
2. Maliyyə imkanlarının vəziyyəti.
3. Digər tərəfdaşlarla münasibətdə davranışı.
4. Ölkə daxilində və xarici ölkələrdə reytinqi.
5. Əvvəllər beynəlxaql miqyasda sanksiya və ya cə-
rimələrə cəlb olunub olunmaması. 
6. Hansı ölkələrlə və hansı səviyyədə olan firmalarla 
qarşılıqlı tərəfdaşlığı və s.
Bütün bu yuxarıda qeyd olunanlar müəyyənləşdik-
dən sonra tərəfdaşın cəlbediciliyi, yəni bizi maraqlandıran 
digər amillərin dəqiqləşdirilməsi vacib əhəmiyyət kəsb 
edir. Bu amillərdən biri ərazi baxımdan tərəfdaşın yerləş-


185 
məsidir. Əgər tərəfdaş ölkəsi coğrafi baxımdan bizə daha 
yaxındırsa bu zaman nəqliyyat və gömrük xərclərinin daha 
aşağı olması və digər xərclərin nisbətən az olması da əsas 
amil kimi götürülə bilər. 
Bundan başqa ölkələr arası inteqrasiyanın da tərəfdaş 
seçimində mühüm əhəmiyyəti vardır. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin