215
kilatın katibliyi yerləşir və bu baş orqan Baş katib tərəfin-
dən idarə olunur. Kiyevdə həmçinin GÜAM – in informa-
siya ofisi fəaliyyət göstərir. Müxtəlif sahələr üzrə əmək-
daşlığın əlaqələndirilməsi işlərinə işçi qrupu baxır. Təşki-
latın işçi və köməkçi orqanları daimi və ya müvəqqəti
əsasda fəaliyyət göstərir və xarici işlər Nazirlərinin Şurası-
nın qərarına uyğun olaraq yaradılır.
2004-cü ildə GÜAM – ın üzv ölkələri müxtəlif bey-
nəlxalq
təşkilatlar çərçivəsində, xüsusilə də BMT bə
ATƏT – lə sıx əlaqələr qurur.
2003-cü ildə GÜAM, BMT Baş assembleyasında
müşahidəçi statusu əldə etmişdir.
GUAM keçmiş SSRI məkanında baş verən proseslə-
rin qiymətləndirilməsi nəticəsində iqtisadi və təhlükəsizlik
məsələləri üzrə mövqeləri üst-üstə düşən 4 dövlətin (Gür-
cüstan, Ukrayna, Azərbaycan və Moldova) birliyidir. Bir-
liyin fəaliyyətinin əsasında şəffaflıq və aşkarlıq prinsiplə-
rinə uyğun üzv ölkələrin qarşılıqlı əməkdaşlığı durur. 10
oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Uk-
rayna, Azərbaycan və Moldova
prezidentlərinin görüşündə
GUAM adlı siyasi-məsləhətləşmə forumu yaradılmışdır.
Strasburq Bəyannaməsi GUAM ölkələri arasında siyasi və
digər əməkdaşlıq səviyyəsini yüksəltmək, keçmiş SSRI
məkanında və beynəlxalq aləmdə baş verən əsas məsələlər
və proseslər üzrə mövqelərini uzlaşdırmaq, onların bir təş-
kilat çərçivəsində əməkdaşlığını möhkəmləndirmək məq-
sədilə yaradılmışdır. 24 aprel 1999-cu
il tarixdə Vaşinq-
tonda üzv dövlətlərin dövlət başçılarının sammiti zamanı
GUAM-a Özbəkistan Respublikası da qoşuldu. Beləliklə,
birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUAM ad-
landırılmışdır. Təşkilatın məqsədi sosial iqtisadi inkişafa,
ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndiril-
216
məsinə yardım etməklə, üzv ölkələrin təhlükəsizlik məsə-
lələri də daxil olmaqla onların sıx əməkdaşlığına nail
olunmasıdır. Bu qurum həmçinin üzv ölkələrin nəqliyyat -
kommunikasiya sisteminin və onların
ərazisində yerləşən
müvafiq infrastrukturların GUAM-ın maraqlarına uyğun
inkişafı və səmərəli istifadə olunması ilə də məşğul olur.
GUAM-ın digər vəzifəsi bütün fəaliyyət sahələrində regio-
nal təhlükəsizliyin möhkəmləndirilməsi, elm,
mədəniyyət
və humanitar sahələrdə münasibətlərin inkişafı məsələləri-
dir. Təşkilat 2003-cü ilin dekabrından BMT-in Baş Məcli-
sində müşahidəçi statusuna malikdir. 7 iyun 2001-ci ildə
Ukraynanın Yalta şəhərində GUAM-ın üzvü olan ölkə-
lərin dövlət başçılarının növbəti zirvə görüşü keçirilib.
Görüşdə GÜAM-ın təşkilat kimi rəsmən qeydə alınması
üçün BMT-yə müraciət qəbul olunmuşdur. Sammitdə üzv
ölkələrin prezidentləri Yalta xartiyasını imzalanmış və bu
sənəddə təşkilatın statusu, funksional sistemi, о cümlədən
sədrlik məsələsi öz həllini tapmışdır. GUÖAM-ın Yalta
sammiti bu regional birliyin formalaşmasında yeni bir
mərhələ olmuşdur. Sammit zamanı
GUAM çərçivəsində
əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri, xüsusi ilə
üzv ölkələrin ərazilərindən keçən, о cümlədən Avropa –
Qafqaz - Asiya nəqliyyat dəhlizinin (TRASEKA), nəqliy-
yat kommunikasiyaları infrastrukturunun inkişafı, səmərə-
li fəaliyyəti və təhlükəsizliyinin təminatı ilə bağlı məsələ-
lər müzakirə olunmuşdur. Sammitin nəticələri əsasında
GUÖAM-ın Yalta Xartiyası, Konsulluq məsələləri üzrə
qarşılıqlı yardımın təqdim edilməsi haqqında GUAM öl-
kələrinin Konvensiyası imzalanıb.