218
bankının konsessiya kreditlərinin alınmasına
dair təkliflə-
rin hazırlanmasını nəzərdə tutur. Layihənin həyata keçiril-
məsinin məqsəd və mexanizmləri 4 iyul 2004-cü il tarixin-
də Yaltada imzalanan ticarət və daşımalara yardım layihə-
sinin həyata keçirilməsinə dair Memorandumda əks etdiri-
lib. 2005-ci ilin may ayında Özbəkistan prezidenti İ.Kəri-
mov GUÖAM-ın о dövrdəki sədri Moldova prezidenti
V.Voroninə məktub göndərərək təşkilatı tərk etmək niyyə-
tində olduğunu bəyan edib. Bunun səbəbini isə ölkənin
coğrafi mövqeyinin belə bir əməkdaşlığa
imkan vermə-
məsi ilə izah edilmişdir. GUAM-ın formalaşması və inki-
şafına xüsusi xidmətləri olan Azərbaycanın keçmiş Prezi-
denti Heydər Əliyev təşkilat çərçivəsində olduqca əhəmiy-
yətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7
iyun 2001-ci il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə gö-
rüşlərində şəxsən iştirak edib. 22 may 2005-ci il tarixində
GUAM-ın Kişinyovda keçirilmiş Zirvə Toplantısı təşki-
lata üzv olan dörd dövlətin hər birinin demokratik cəmiy-
yət qurulması, Avropaya inteqrasiya, dayanıqlı iqtisadi in-
kişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair
yekdil fikirdə olduqlarını nümayiş etdirmişdir. Dövlət baş-
çıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması
zərurətini qeyd edərək, bunun reallaşdırılması üçün GUAM
Xarici İşlər Nazirləri Şurasına müvafiq tapşırıqlar vermiş-
lər. Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il ta-
rixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı
həyata
keçmişdir. Belə ki, bu toplantıda 1997-ci ildən mövcud ol-
muş birlik əsasında Demokratiya və İqtisadi inkişaf na-
minə Təşkilat– GUAM təsis olunmuşdur. Kiyev Zirvə
Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul
etmişlər.GUAM-ın Nizamnaməsinə
görə demokratik də-
219
yərlərin bərqərar olunması, davamlı sosial-iqtisadi inkişa-
fın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorun-
ması, Avropaya sıx inteqrasiya,
üzv dövlətlərin iqtisadi,
humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndi-
rilməsi Təşkilatın başlıca məqsədləridir. Beynəlxalq ter-
rorçuluq, ekstremizm və aqressiv separatizmin bütün növ-
lərinə və onlarla bağlı olan digər mənfi hallara qarşı mü-
barizə sahəsində əməkdaşlığın
gücləndirilməsi; İqtisadiy-
yat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləş-
dirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata
keçirilməsi. GUAM təşkilatına daxil olan dövlətlərin
əməkdaşlığının real nəticəsi kimi Virtual mərkəz və Döv-
lətlərarası İnformasiya - Təhlil Sistemi (VM\DİTS) layi-
həsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi hə-
yata keçirilməkdədir.
Dostları ilə paylaş: