Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə89/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   126
beynelxalq-biznes

12.4. GÜAM-in Şərq-Qərb dəhlizinin 
yaranmasında rolu 
 
GÜAM qurumunun yaranması MDB daxilində ge-
dən proseslərin ən obyektiv və qanunauyğun nəticələrin-
dən biridir. Çünki yarandığı gündən MDB adından bəyan 
edilən, əslində isə Rusiyanın mövqeyini əks etdirən bəzi 
qərarlara, yanaşmalara münasibətdə GÜAM üzvü olan 
dövlətlər həmişə fərqli mövqedən çıxış etmişlər.
Qərb dövlətləri ilə əlaqələrə, Qərbə inteqrasiya MDB 
və NATO təhlükəsizlik məsələlərinə, Qərb – Şərq enerji, 
nəqliyyat və kommunikasiya layihələrinə, MDB-yə üzv 
olan ölkələrin ərazisində mövcud olan etnik seperatizmə 
və s.məsələlərə münasibətdə bəhs edilən beşlik həmişə 


220 
MDB-nin (Rusiyanın) mövqeyini fərqli yanaşma nümayiş 
etdirmiş və alternativ layihələr irəli sürmüşdür.
Qərbi Avropa ilə iqtisadi, siyasi və əlaqələrinin qu-
rulması Şərq – Qərb nəqliyyat – kommunikasiya dəhlizi-
nin yaradılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyyat-
larının mənimsənilməsi və dünya bazarına çıxarılması işi-
nə xarici şirkətlərin cəlb edilməsi və s.məsələlərə münasi-
bətdə də GÜAM dövlətlərinin mövqeyi Rusiya ilə üst – 
üstə düşmürdü. Odur ki, MDB tərkibində bu təşkilatın ya-
ranması üçün 1997-1998-ci illərdə tam obyektiv zəmin var 
idi. GÜAM-ın yaranmasının fərqli xüsusiyyətlərini və sə-
bəblərini tədqiqatçılar: Bu dövlətin Kollektiv Təhlükəsiz-
lik müqaviləsində iştirak etməmək, hər birinin ―etnik mü-
naqişələrə‖ cəlb olunması və MDB-də ölkədaxili, regional 
və beynəlxalq münasibət yaxınlığı; vahid iqtisadi, sosial 
və siyasi məqsədlərinin mövcudluğu ilə əlaqələndirirlər.
GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Top-
lantısınında qəbul olunmuş ―Demokratiya və İqtisadi inki-
şaf naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Ki-
yev Deklarasiyası‖nda aşağıdakı məsələlərin vacibliyi 
qeyd olunmuşdur:
-Demokratiyanın - möhkəmləndirilməsi, əsas insan 
hüquq və azadlıqlarının qorunması, dövlətlərdə iqtisadi 
inkişafın və siyasi sabitliyin təmin olunması, təhlükəsizliyi 
qorunması;
-GUAM dövlətlərinin davamlı sosial-iqtisadi inkişafı 
məqsədilə, dinamik iqtisadi artım və ətraf mühitin mühafi-
zəsi vasitəsi ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
-Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə təhdid-
lər törədən və regionun iqtisadi inkişafını çətinləşdirən, 
Avropaya inteqrasiya prosesinə əngəllər törədən həll olun-


221 
mamış münaqişələrin nizamlanması məqsədilə fəal 
əməkdaşlıq;
-TNY ticarət və nəqliyyat sahəsində əlaqələrin geniş-
ləndirilməsi və intensivləşdirilməsi, VM\DİTS məlumat 
mübadiləsi isə ticarət və nəqliyyatın inkişafına, onun 
effektiv və Azərbaycan Respublikası Prezidentinin İşlər 
İdarəsi təhlükəsiz fəaliyyət göstərməsinə yardım etmək 
məqsədilə həyata keçirilir. Hər iki layihə GUAM-ABŞ 
Çərçivə Proqramının əsas elementləri hesab olunmaqla 
bir-birini tamamlayır və onların paralel şəkildə həyata ke-
çirilməsi nəzərdə tutulur. VM\DİTS layihəsi çərçivəsində 
hər bir GUAM dövlətində Milli Informasiya-Təhlil 
Mərkəzi və İşçi qruplar yaradılmışdır. Kiyev Zirvə Top-
lantısında qəbul olunmuş «Demokratiya və İqtisadi İnkişaf 
naminə Təşkilat - GUAM dövlət başçılarının münaqi-
şələrin nizamlanması üzrə Birgə Bəyannamə» sində aşağı-
dakı əsas məqamlar öz əksini tapmışdır: GUAM dövlətlər-
inin ərazilərindəki münaqişələrin həlli yalnız dövlətlərinə 
suveren hüququnun qorunması, ərazi bütövlüyü və bey-
nəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı 
əsasında həyata keçirilə bilər və bu GUAM çərçivəsində 
əməkdaşlığın üstün istiqamətlərindən hesab edilir; Döv-
lətlərin ərazisi hərbi işğal obyekti ola bilməz; Güc tətbiqi, 
etnik təmizləmə və ərazi işğalı universal ümumdünya və 
Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regio-
nal əməkdaşlıq prinsiplərinə ziddir; Nəzarət olunmayan 
ərazilərin məxsus olduqları dövlətlərin ərazilərinə keç-
məsi, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıt-
maları və müxtəlif etnik qrupların dövlətlərin beynəlxalq 
səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində 
birgə yaşamaları, vətəndaş cəmiyyətinin inkişafı, bu ərazi-
lərdə dağıdılmış infrastrukturun bərpa edilməsi və həm-


222 
çinin kommunikasiyaların bütün tərəflərin maraqları na-
minə istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazi-
lərindəki münaqişələrin həllində bu dövlətlərin və 
beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi; Köç-
kün düşmüş əhalinin öz yurdlarına geri qayıtması və etnik 
icmaların sülh şəraitində birgə yaşamaları məqsədilə mü-
naqişə zonalarının hərbisizləşdirilməsi və bu zonalarda 
BMT və ATƏT çoxmillətli sülhməramlı qüvvələrinin yer-
ləşdirilməsi vasitəsilə təhlükəsizliyin təmin olunması; 
GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın 
müddəalarının həyata keçirilməsi məqsədilə konkret təd-
birlərin hazırlaması. GUAM dövlətləri ərazilərində möv-
cud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər 
görməkdədirlər. Belə ki, onların BMT və digər beynəlxalq 
təşkilatlarda birgə mövqedən çıxış edərək məqsədyönlü 
şəkildə fəaliyyət göstərmələri üçün razılaşma əldə 
olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi 
«GUAM ərazisində uzanmış münaqişələr və onların bey-
nəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri» adlanan tək-
lifləri BMT-nin 61-ci sessiyasının gündəliyinə daxil edil-
mişdir. 5 dekabr 2007-ci il tarixində bu bənd altında eyni 
adlı qətnamə layihəsi baxılması üçün BMT-nin Baş 
Assambleyasında rəsmi sənəd kimi yayılmışdır. GUAM-
da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə 
Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə 
Toplantısınadək davam etmişdir. «GUAM: qitələri birləş-
dirərək» şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı 
Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəy-
yən etmiş, onun institusional quruluşunu möhkəmləndir-
miş və tərəfdaş ölkələrlə «GUAM» formatında əməkdaşlı-
ğın üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycanın Res-
publikasının Sədrlik proqramında əksini tapmış bu strateji 


223 
istiqamətlər Təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət 
istiqamətlərinin əsasını təşkil etmişdir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin