228
XX əsrin ikinci yarısında dünya təsərrüfatının inkişa-
fının əsas fərqləndirici cəhətlərindən biri ondan ibarətdir
ki, bu dövrdə beynəlxalq iqtisadi münasibətlər daha inten-
siv xarakter alır. Ölkələr arasında, eləcə də iqtisadi qrup-
laşmalar arasında iqtisadi münasibətlər yaranır, genişlənir.
Bu kimi proseslər beynəlxalq əmək bölgüsündə, təsərrüfat
həyatının beynəlmiləlləşməsində, milli iqtisadiyyatların
açıq şəkil almasının genişlənməsində, bunların bir-birini
tamamlamasında, yaxınlaşmasında beynəlxalq regional
strukturların inkişafı və möhkəmlənməsində təzahür edir.
Dostları ilə paylaş: