240
2. Bəzi əmtəələrin idxalı və ixracına kvotaların tət-
biq olunmaşı.
3. Ticarətin müxtəlif valyutalarla aparılması.
4. Valyuta kurslarının dünya bazarında dəyişkən ol-
ması.
5. Bir sıra ölkələrdə qeyri –
rüsum maneyələrinin
tətbiq olunması.
6. Müxtəlif iqtisadi birliklərin formalaşması.
7. Beynəlxalq ticarətdə iqtisadi əlaqələrdə müxtəlif
ölkələrin müxtəlif səviyyələrdə inkişafı.
8. Müxtəlif ölkələrin dini, adət-ənənəvi texniki, mə-
dəni səviyyəsinin eləcə də dil fərqlərinin mövcudluğu.
Bütün bu yuxarıda qeyd olunan məsələlərin beynəl-
xalq ticarətdə və ya beynəlxalq
iqtisadi əlaqələrdə dəqiq-
ləşdirilməsi və öyrənilməsi vacibdir. Məlum olduğu kimi
belə tədqiqat məsələlərinin aparılması bilavasitə marketin-
qin üzərinə düşür. Təbiidir ki, ölkədaxili marketinq tədqi-
qatlarından fərqli olarq beynəlxalq marketinq tədqiqatları-
nın aparılması daha mürəkkəb və daha çətin bir prosesdir.
Bynəlxalq marketinq tərəfdaş ölkənin iqtisadi və si-
yasi vəziyyətini, beynəlxalq və tərəfdaş ölkənin standartla-
rını, beynəlxalq ticarət qaydalarını, tərəfdaş ölkənin milli
xüsusiyyətlərini, əhalinin zövqünü, dini və adət ənənələri-
ni öyrənməlidi.
Bu baxımdan beynəlxalq marketinqin beynəlxalq
biznesdə əhəmiyyəti olduqca böyükdür.
Beynəlxalq marketinqdən istifadənin incəlikləri aşa-
ğıdakı amillər haqqında biliklərin olmasını tələb edir:
İqtisadi-siyasi cəhət – yəni öz hökumətinin xarici ba-
zara çıxan firmaya qarşı siyasəti haqqında bilikləri bilmək
və istifadə etməkdir. Dövlət öz firmasına
kömək etmək
241
iqtidarındadırmı? Bu kömək ixracatçılara subsidiyalar,
investorların dəstəklənməsi, ETTKİ-yə dövlətin güzəştləri
və s. formasında ola bilər.
Öz növbəsində dövlət xarici firmaların fəaliyyətini
məhdudlaşdıra da bilər. Məsələn, Səudiyyə Ərəbistanı hö-
kuməti xarici investorlar üçün bağlı olan iqtisadi sektorla-
rın siyahısını dərc edir. Bu siyahıya neft olan yerlərin kəş-
fiyyatı, müdafiə sənayesinə maliyyə xidməti, Məkkə-Mə-
dinə ərazisində istənilən işgüzar aktivlik,
topdan ticarət,
distribütorluq, tibbi xidmət, dərmanşünaslıq, televiziya,
radio və göstəricilərin yayımlanması, balıqçılıq, hava və
su daşınması və s.daxildir.
Siyasi-iqtisadi rejimin uçotu – müəssisənin öz xari-
ci fəaliyyətini həyata keçirmək istədiyi ölkənin xarici sa-
hibkarlar üçün yaratdığı şəraitin
xüsusiyyətlərini nəzərə
almalıdır. Bütün gömrük tariflərini və idxalın qeyri-tarif
məhdudiyyətlərini, həm də investisiya iqliminin strukturu-
na daxil olan amilləri və uyğun olaraq verilmiş bazarın bü-
tün risklərini diqqət mərkəzində saxlamaq lazımdır. Bazar
mühitinin faktorlarına – xarici mal bazarının həm lokal,
yəni bir ölkədə, həm də uyğun əmtəənin regional və dünya
bazarında xüsusiyyətləri, ayrılıqda müxtəlif ticarət blok-
larının ticarət- iqtisadi şəraiti daxildir.
Milli bazardakı marketinqdən fərqli olaraq, beynəl-
xalq marketinq xarici bazarda firmanın
fəaliyyət variasiya-
larına malikdir ki, onların funksional fəaliyyətinə və təşki-
linə daha çox təsir edir. Müxtəlif ölkələrdə, hətta bir ölkə-
nin ayrı-ayrı hissələrində eyni bir əmtəənin bazar şəraiti
nəzərə
çarpacaq
dərəcədə
fərqlidir.
Beynəlxalq
marketinqdə xarici bazarın infrastrukturunun spesifikası
və onun təşkili xüsusiyyətləri müxtəlifdir. Beynəlxalq
242
marketinq satışın təşkilinin çox müxtəlif sistemləri, ticarət
istehsal fəaliyyətinin özünəməxsus qaydaları ilə, yerli ənə-
nələrlə müxtəlif əməliyyatları həyata keçirir. Beynəlxalq
marketinqdə aşağıdakı elmi-texniki xarakterli amillər
nəzərə alınır:
a) istehsal texnologiyasının
inkişaf səviyyəsi;
b) yeniliklər;
c) əmtəə və xidmətlərin modifikasiyası, standartlar;
d) işci qüvvəsinin ixtisaslaşması;
e) beynəlxalq iqtisadi münasibətlərin milli, dövlətlər-
arası tənzimlənməsi.
Xarici sahibkarlıq fəaliyyəti ilə məşğul olan firmala-
rın müxtəlif iqtisadi konvensiyaların, xartiyaların, kodek-
slərin, təlimatların köməyi ilə idarə edilməsi vacibdir. Yu-
xarıda qeyd edildiyi kimi, vacib şərt beynəlxalq və mülki
hüququn əsas biliklərini öyrənməkdir. Müxtəlif ölkələrin
iqtisadi, sosial və mədəni xüsusiyyətləri, marketinqin
vasitələrindən daim bu və digər bazarın
xüsusiyyətlərinə
görə istifadənin vacibliyini təsdiqləyir. Bir çox hallarda
söhbət marketinqin konkret xarici bazar üçün sosial mo-
delindən gedir. Nəzərə almaq lazımdır ki, marketinq fəa-
liyyətinin ayrı-ayrı elementləri müxtəlif ölkələrdə müxtəlif
effekt verə bilər.
Qeyd etmək lazımdır ki, müasir beynəlxalq marke-
tinq xarici ticarət sahəsindəki marketinqdən daha geniş bir
anlayışdır. Onun mexanizmi daha mürəkkəbdir.
Xarici ti-
carətdəki texniki fəndlər beynəlxalq marketinqdə yoxdur.
Dostları ilə paylaş: