Mühazirə konspekti


 ELEKTRON – ŞÜA OSİLLOQRAFLARI



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Elektrik-ölçmələri-mühazirə

10. ELEKTRON – ŞÜA OSİLLOQRAFLARI 
Elektron – şüa osilloqrafları – zamana görə dəyişən prosesləri vizual izləmək və onları qeyd 
etmək üçün nəzərdə tutulmuş cihazlardır. Təyinatından və hazırlanması zamanı istifadə olunan 
elementlərdən asılı olaraq elektron osilloqrafların konstruksiyaları və sxemləri müxtəlifdir. Şəkil 
10.1-də ümumi təyinatlı osilloqrafın sadələşdirilmiş struktur sxemi göstərilmişdir. 


Şəkil 10.1. Elektron-şüa osilloqrafının 
struktur sxemi: 
1- qızdırıcı tel; 2- katod; 
3- modulyator; 4,5,8- anodlar; 6 və 
7- üfüqi və şaquli meylləndirmə
elektrodları. 
Elektron – şüa osilloqrafının əsas elementi elektron – şüa borusudur EŞB. Elektron – şüa 
borusu EŞB – osilloqrafın ölçmə elementidir. Ölçüləcək siqnalları gözlə görünən təsvirə çevirmək 
üçün nəzərdə tutulmuşdur. Boru konusvari və ya düzbucaqlı şəkilli hermetik, dərin vakuum altında 
olan şüşə borudan ibarətdir. Borunun daxili təpə səthi lüminofor qatı-elektron selinin təsiri altında 
işıqlanma qabiliyyəti olan maddə ilə örtülmüşdür. Borunun boğazlığında metallik elektrodlar 
sistemi-yüksək temperaturun təsiri altında sərbəst yüklər (elektronlar) daşıyıcıları mənbəyi olan 
qızdırıcı tel (sim)1 və katod 2 yerləşdirilmişdir. Katod, mənfi potensial altında olan, silindrik 
modulyatorla 3 əhatə olunmuşdur. Katod və modulyator arasındakı potensiallar fərqini dəyişməklə 
elektronlar selini nizamlayaraq, onları nazik bir dəstə halına gətirmək olar. Elektron şüasının 
sonrakı konsentrasiyası anod 4 (fokuslayıcı elektrod) ilə həyata keçirilir. Bu anod katoda nəzərən 
müsbət potensiala malikdir. Həmçinin, katoda nəzərən müsbət potensial altında olan anod 5 
elektronları sürətləndirən elektrik sahəsi yaradır. Bu sahənin təsiri altında elektronlara lüminofor 
qatının həyəcanlanması və onun işıqlanması üçün vacib olan kinetik enerji ötürülür. 
Elektron şüasının üfüqi və şaquli müstəvi üzrə idarə sistemi iki cüt meyletdirici 
elektrodlardan ibarətdir: üfüqi elektrodlar 6 şüanı şaquli idarə etmək üçün istifadə edirlər, şaquli 
elektrodlar 7 isə şüanı üfüqi idarə etmək üçün istifadə edirlər. Elektron şüasını borunun ekranında 
meylləndirilməsi onun konstruktiv parametrlərindən asılıdır: meylləndirici elektrodların 
ölçülərindən (uzunluğundan),onlar arasındakı məsafədən, ekrandan aralanmasından və ikinci 
anoddakı gərginlikdən. Borunun ekranında şüanın vəziyyətinin dəyişməsinin h bu dəyişməsini 
yaradan gərginliyə nisbəti borunun gərginliyə görə həssaslığını müəyyən edir: 
U
h
S
/
=
Müasir elektron – şüa borularının həssaslığı 0,1mm/V-a çatır. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin