Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
Elektrik-ölçmələri-mühazirə

4. ELEKTRİK SİQNALLARININ
PARAMETRLƏRİNİN ÖLÇÜLMƏSİ 
 
4.1. Gərginliyin ölçülməsi. Elektron voltmetrləri 
 
Elektron analoq cihazlarında və çeviricilərində ölçmə informasiya siqnallarının çevrilməsi 
analoq elektron qurğularının köməyi ilə yerinə yetirilir. Belə qurğuların çıxış siqnalı ölçülən 
kəmiyyətin kəsilməz funksiyasıdır. Elektron cihazları praktiki olaraq bütün elektrik 
kəmiyyətlərinin: gərginlik, cərəyan, tezlik, güc və i a. ölçülməsində geniş istifadə olunur. 
Hal-hazırda elektrik siqnallarının parametrlərini ölçmək üçün elektron-şüa ossiloqrafları, 
elektron voltmetrləri, ommetrləri, spektr analizatorları və s. daha çox tanınır. 
Elektron voltmetrlərində ölçülən gərginlik analoq elektron qurğuların köməyi ilə sabit 
cərəyana çevrilir və şkalası gərginliyə görə dərəcələnmiş maqnit-elektrik ölçmə mexanizminə 
verilir. Bu cür voltmetrlər elektron ölçmə cihazları arasında ən geniş yayılmışdır. Ümumiyyətlə, 
onlar ölçmə sxemi ilə müxtəlif elementlərin (elektron lampaları, yarımkeçirici elementlər, inteqral 
sxemlər və ölçmə mexanizmləri) birləşməsindən ibarətdir. 


Təyinatlarına görə aşağıdakı elektron voltmetrləri mövcuddur: 
- sabit cərəyan voltmetrləri
- dəyişən cərəyan voltmetrləri; 
- impuls voltmetrləri
- fazahəssas voltmetrlər; 
- selektiv voltmetrlər
- universal voltmetrlər. 
Gərginliyin ölçülən parametrlərindən asılı olaraq aşağıdakı elektron voltmetrləri vardır: 
1. Amplitud (maksimal) qiymət (U
maks
) voltmetrləri; 
2. Təsiredici (effektiv və ya orta kvadratik) qiymət (U) voltmetrləri; 
3. Orta qiymət (U
or
) voltmetrləri. 
Elektron voltmetrlərinin fərqləndirici xüsusiyyəti giriş müqavimətinin çox böyük olmasıdır 
(10
8
Om-a qədər, xüsusi voltmetrlərdə isə 10
13
Om-a qədər); bu da onlardan çox kiçik güclü 
elektrik dövrələrində istifadə etməyə imkan verir.Onların həssaslığı təxminən 0,1 mkV – a çata 
bilər. 
Elektron voltmetrlərinin nöqsanı ölçmə xətalarının hələlik kifayət qədər kiçik olmamasıdır. 
Sabit cərəyan voltmetrlərinin struktur sxemi 4.1 şəklində göstərilmişdir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin