Səhifə
3 /
17
zamanı bu iki vitaminin və rəngin qorunması mümkün olsa da, tiamin
və B qrupu vitaminlərinə
mənfi təsir göstərir. Bir çox quru meyvə riboflavin və dəmirlə zəngindir.
Tərəvəzlərin böyük əksəriyyəti B vitaminləri, tiamin, riboflavin və niasinlə zəngindir. Həm
meyvə, həm də tərəvəzdə orqanizm üçün tələb olunan pəhriz lifi var. Sözügedən
birləşmələrin çoxu
suda həll olunduğundan, qurutma zamanı tərəvəzlərin batırıldığı su tökülməməli və itkilərin qarşısını
almaq üçün yeməklərdə istifadə edilməlidir.
Qurutma üçün əlverişli meyvə və tərəvəzlər
Ümumiyyətlə, meyvələr tərəvəzdən
daha asan qurudulur, çünki suyun daha asan çıxarılması
mümkündür. Alma, çiyələk, albalı, albalı, ərik, şaftalı,xurma və armud asanlıqla qurudula bilən
meyvələrdəndir. Üzüm və digər giləmeyvələr incə səthinə görə xüsusi üsulla qurudulma
texnologiyasına ehtiyac duyurlar.
Nisbətən asanlıqla qurudula bilən tərəvəzlər noxud, qarğıdalı, bibər, balqabaq, soğan, yerkökü
və yaşıl lobyadır. Lakin tərəvəzlər qurudulmadan əvvəl anbarlarda uzun müddət saxlanılırsa, qurutma
prosesi daha çox vaxt və enerji tələb edir və son məhsulun keyfiyyəti daha aşağı olur.
Dostları ilə paylaş: