Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq iqlim



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix24.06.2022
ölçüsü1,23 Mb.
#117219
1   2   3   4   5   6   7   8   9   ...   16
meyve qurutma (1) (1)

Uğurlu və effektiv qurutma üçün ...
Seçiləcək məhsula, qurutma üsuluna və avadanlığına görə qurutma temperaturu, vaxtı və 
qurudulmadan əvvəl və sonra tətbiq ediləcək proseslər mütəxəssis tərəfindən fərqli formada icra oluna 
bilər. Eyni qurutma aparatında fərqli bir məhsulun qurudulması istənsə də, qurutma şərtləri tamamilə 
fərqli ola bilər. Bu baxımdan, ilkin olaraq effektivliyi ölçmək üçün kiçik miqyasda proses icra olunmalı 
və nəticəyə əsasən böyük miqyasda tətbiq edilməlidir. Meyvə və tərəvəzləri qurudarkən aşağıdakılara 
diqqət etmək lazımdır:
1. 
Müəssisə, alətlər və avadanlıqlar və ən əsası məhsulun təmizliyi və gigiyenası təmin 
edilməlidir.
2. 
Qurudulmuş meyvə və tərəvəzlərin dadı təzə olanlardan bir qədər fərqlidir, buna görə də 
qurudulmuş məhsulların dadı qiymətləndirilərkən bu fərq nəzərə alınmalıdır. 
3. 
Qurutma üçün tələb olunan temperatur effektiv qurutma təmin edəcək qədər yüksək 
olmalıdır, lakin məhsulu bişməyəcək qədər aşağı olmalıdır. 
4. 
Sirkulyasiya edən hava buxarlanmış suyu məhsuldan çıxarmaq üçün aşağı nəmə və 
kifayət qədər sürətə malik olmalıdır.
 
Tətbiqi asan olan bəzi qurutma üsulları 
1. 
Günəşdə təbii Qurutma: 
Tərkibi yüksək şəkərli və ya turşulu meyvələr üçün çox uyğun 
bir üsuldur. Tərəvəzlər isə şəkər və turşu baxımından zəifdir, buna görə günəşdə quruma zamanı 
xarab olma riski yüksəkdir. Günəşin qurudulması üçün gün ərzində orta temperatur 30-35 
o

olmalıdır. Bundan əlavə, hava axını qurumaya müsbət təsir göstərir. Qurutma bir neçə gündən bir 
həftəyə qədər uzun müddət ərzində baş verir və müddət nə qədər uzun olarsa, əldə ediləcək 
məhsulun keyfiyyətində itkilər baş vermə ehtimalı daha yüksəkdir. Geniş olaraq istifadə olunan 
texnikada məhsul (məsələn, ərik, üzüm və ya bibər) ya birbaşa yerə, ya da bir parça və ya döşəməyə 
qoyulur və bir çox çirkləndiricinin mənbəyini təşkil edir. Bunun əvəzinə, taxta qabların müəyyən 
hündürlüklərdə yığılması çirklənməni effektiv şəkildə azaldacaq və hava axını asanlaşdıracaqdır. 
Bundan əlavə, gecə ərzində qurudulmuş məhsulu örtmək, gecə və gündüzdəki istilik fərqi və 


Səhifə 5 / 17 
məhsulun nəminin yenidən yaratdığı çiyin qarşısını alacaqdır. Daha inkişaf etmiş sistemlərdə günəş 
enerjisinin bir günəş kollektoru tərəfindən toplandığı panellərdən də istifadə edilə bilər. Bu sistem 
müəssisəyə əlavə bir maliyyət gətirsə də, qurutma müddətini qısaltdığı və tutumu artırdığı üçün 
üstünlük verilə bilər.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin