İslamın sosial siyasəti vergi sistemi ilə sıx əlaqədardır. Şəriət vergiyə cəlb olunmanın
aşağıdakı formalarını müəyyən etmişdir:
1.
Xüms - əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan
illik gəlirin beşdə bir
hissəsi.
2.
Zəkat - həddi və vaxtı müəyyən olunmuş malın qırxdan bir və ya 2,5 hissəsi.
3.
Fitrə - orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya,
qarğıdalıya və s. bərabər tutulan məbləğ.
4.
Cizyə - müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi.
5.
Xərac və üşr - torpaq vergisi, müəyyən edilmiş hədd əsasında məhsulun onda bir hissəsi.
Verginin göstərilən formalarına diqqət yetirdikdə, aydın olur ki, onun əsas məqsədi
müsəlmanların əmək fəaliyyəti, işgüzarlığı ilə bağlıdır və onların işgüzarlığı mal ilə ibadət etməyə
sövq edir. İslam vergi sistemi gəlirlərin varlıdan yoxsula transferini nəzərdə tutur ki, bu da
könüllülük prinsipi ilə aparılır. Qərb ölkələrində yoxsul əhalinin rifahı bilavasitə dövlətin sosial
siyasətindən asılıdır. Qərbdə Rifah dövləti (welfare state) sosial siyasət vasitəsilə varlılardan aldığı
vergiləri yoxsullara kömək transfer edir. Bunun üsulla dövlət gəlirlərdəki bərabərsizliyi azaldır.
İslamda isə axirət anlayışı var. Məhz axirətə inanan müsəlmanlar öz gəlirlərinin
bir qismindən
könüllü şəkildə imtina edir, onu yoxsula verirlər. İslam yoxsullara yardımı tamamilə dövlətin
üzərinə qoymur və islam iqtisadiyyatında dövlət varlılara yüksək vergi tətbiq etməklə onların
gəlirini yoxsullar üçün yenidən bölüşdürmür və yoxsullara yardım daha çox könüllü olaraq imkanlı
şəxslərin öhdəsinə buraxılır.
İslam yoxsulluğun nisbi olması konsepsiyasını da müdafiə edir. İmam Hadidən (ə) bir hədis
var: "Zənginlik və ehtiyacsızlıq odur ki, istəkləri azaldasan və yaşayışın üçün nə qədər kifayət
edirsə, onunla razılaşasan. Həqiqi yoxsulluq, insanın daxilindəki tamahdır. İstəklərə çatmaqla
bağlı kəskin ümidsizlikdir". İmam deyir ki, arzularını azalt, sadə və ləyaqətli bir həyat yaşa. Bu
zənginlikdir, çünki bu halda istəklərinə çatmış olursan.
Amma yoxsulluq budur ki, tamahkar
olasan, əlində kifayət qədər sərvət olsa da yenə istəklərinə çata bilməyəsən, arzularınla imkanların
uyğun olmaya.
Beləliklə, islami iqtisadiyyatda mövcud olan əsas "qadağalar"ı belə sadalamaq olar:
❖
Sələmçilik ilə məşğul olmaq;
❖
Rüşvət vermək və almaq;
❖
Fırıldaq və yalan yolu ilə qazanc əldə etmək;
❖
Haram kateqoriyasına aid məhsul (narkotik maddələr, spirtli içkilər, donuz və ondan
hazırlanmış məhsullar, fahişəlik, qumar və s.) istehsal etmək və satmaq;
❖
Bazarı monopollaşdırmaq məqsədilə tədbirlər görmək və səhlənkar rəqabət aparmaq;
❖
Oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanuni yolla əldə olunmayan hər hansı bir
şeyin alqı-satqısını təşkil etmək;
❖
Möhtəkirlik əməliyyatları;
❖
Alıcıları çaşdırmaq və qorxutmaq;
❖
Süni şəkildə artırılmış qiymətlərlə məhsulları satmaq və s.
Yekun
olaraq deyə bilərik ki, islam iqtisadi sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır:
1. İqtisadi imkanlar və iqtisadi azadlıqlar
2. İqtisadi idarəetmənin bütün aspektlərində ədalət
3. İşçilərin daha yaxşı müalicəsi, iş yerlərinin yaradılması və məşğulluğun artırılması
4. İnsanların bərabər təhsil alma imkanları
5. Yoxsulluğu aradan qaldırmaq, kömək etmək və insanların əsas (təməl) ehtiyaclarını təmin
etmək, israf etməmək
6. Zənginlik və gəlir nisbətinin daha çox insanları əhatə etməsinə çalışmaq
7. Daha yaxşı sosial vergitutma və sosial rifah vasitəsilə infrastruktur və sosial xidmətlərin təmin
edilməsi
8. Təbii resurslardan qənaətli şəkildə istifadə etmək
9. Yüksək mənəvi dəyərlər, dürüstlük və dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə
olunmaması, yəni korrupsiyanın olmaması
10. İslam maliyyə sistemi ənənəvi borc müqavilələrindən fərqli olaraq risk mübadiləsinin
tərəfdarıdır, yəni bu sistemdə risk bir tərəfin üzərinə düşmür
11. Maliyyə sahəsində spekulasyaların aradan qaldırılması
12. Ticarətin təşviq edilməsi