SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə101/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   97   98   99   100   101   102   103   104   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Siqh ayininə görə qurtuluşun yolu nədədir? 
2. Nanakın insan barəsindəki nəzəri nədir? 
3. Nanakın nəzərində varlıq aləmi necədir? 
4. Siqh ayininin ibadət əməlləri hansılardır? 
5. Siqhlərin müqəddəs kitabları barəsində nə bilirsiniz? 
Siqh ayinin təkallahlılıq baxışlarını şərh edin. 
Müəllimin göstərişi ilə siqh ayininin əqidə və rə'ylərini İslam və hinduizm 
əqidələri ilə müqayisə edib tənqid edin.


141 
İYİRMİ BEŞİNCİ DƏRS 
TAO AYİNİ (1) 
KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ 
Tao ayini Çində buddizm və konfusionizm dinləri ilə bərabər geniş yayılmış, 
qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuş mühüm dinlərdən biridir. 
Buddizmlə tanışlıqdan sonra bu dərsdə Tao ayini qısa şəkildə şərh olunacaqdır. 
TAO AYİNİN KÖKLƏRİ 
1. Taonun leksikoloji və terminoloji mə'nası; Tao lüğət baxımından yol və təriqət 
mə'nasını daşıyır. Onun terminoloji mə'nası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun 
mə'nası “bir qanunun icra olunması”, “təlimat vermək”, “bəyan etmək” və “demək” 
kimi də göstərilmişdir. Hər halda bu söz qədim Çin ədəbiyyatında olmuş, taoizm 
nəzərdə tutduğu “ilahi yol”, yaxud “səmanın yolu” kimi mə'naları da ona aid 
etmişdir. Buna görə də, bu sözü həmin məktəbin ixtiralarından hesab etmək olmaz. 
Çinin ilkin və ümumxalq məzhəbində Tao fövqəladə və cadugərlik işlərini yerinə 
yetirmək bacarığı ya qüdrəti mə'nasını buna əsaslanaraq daşımış. Hakimiyyətləri 
əsasən cadugərlik üzərində qurulan padşahlar barəsində də işlədilmişdir. Tao 
sözünün digər terminoloji mə'naları da vardır ki, bu bəhsin davamında onlardan söz 
açılacaqdır. 
2. Tao məktəbinin aspektləri; Tao məktəbi üç yönə - fəlsəfi, dini və sehrkarlıq 
yönümünə malikdir. Bu üç yöndən hər biri özəl şəraitlərdə formalaşmış və Çin 
cəmiyyətində xüsusi rol ifa etmişdir. Əslində, Tao məktəbini tam və kompleks 
şəkildə öyrənmək üçün bu üç yönü öyrənmək lazımdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin