SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə102/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   98   99   100   101   102   103   104   105   ...   200
Dinlərlə tanışlıq

A) Taoizmin fəlsəfi yönü: 
Taoizm ayinin fəlsəfi əsaslarını Tao-te-çinq kitabından əldə etmək olar. Bu kitabın 
yazılma tarixi və onun müəllifi ilə əlaqədar qənaətbəxş, dəqiq mə'lumat yoxdur. 
Dinşünaslardan bə'ziləri inanırlar ki, bu kitabın vahid müəllifi yoxdur. Çünki onun 
müəllifi, yaxud müəllifləri öz kitablarında daim digərlərini “xeyir işləri yerinə 
yetirməkdə adlarını açıqlamamağa” tövsiyə etmiş, buna görə də heç bir yerdə öz 
adlarını bildirməmişlər. Bu ehtimal doğru olsa, kitabın müəllifi, yaxud müəlliflərinin 
aydınlaşdırılması artıq heç bir yolla mümkün olmaz. Amma məşhur nəzəriyyəyə 
görə bu kitab Lao Tze adlı yaşlı bir filosof tərəfindən yazılmış, və ya toplanmışdır. 
Əlbəttə, belə bir şəxsin tarixdə olub-olmaması da tədqiqatçılar tərəfindən böyük 
şübhə ilə qarşılanır və yalnız Çin tarixində Tao-te-çinq Tao ayinin müqəddəs kitabı 
və Lao-Tze onun əsasını qoyan filosof kimi təqdim olunmuşdur. 


142 
Tao-te-çinq kitabının adı müxtəlif mə'nalarla, o cümlədən “fəzilət yolu”, “əql və 
fəzilət qanunu” kimi daha məşhur yozumlarla izah olunmuşdur. Lao-tze bu kitabda 
Tao barəsində ümumi və müəmmalı şəkildə təsvir etmiş, onun yolunu “əql, fəzilət 
və qurtuluş yolu” adlandırmışdır. 
Lao-tzenə görə Tao iki formada - adlandırıla bilinən və adlandırıla bilinməyən 
formada təqdim olunmuşdur. Onun adlandırma imkanı olmayan surəti əslində sabit 
Tao ilə əlaqədar konkret surətdən ibarətdir. O, sabit bir prinsip kimi adlandırılan və 
konkret Taonun fövqündədir. Bu mə'lum Tao aləmi yaradandır. Lao-tze bə'zən ad 
qoyulmağa layiq olan Tao sözünü varlıq sözünün sinonimi kimi qeyd edir. Bu 
baxımdan Taonun əsərlərini tərcümə edənlərin çoxu ad qoyulması mümkün olmayan 
Taonu ilahi varlıq, yaxud Allah və uca zat kimi qəbul etmişlər. Bu cür adqoyma 
formasını Tao-te-çinq kitabında adsız Tao üçün qeyd olunan sifət və yozumlar da 
təsdiqləyir: “ - Əsil, əzəli, səmalardan və yerlərdən qabaq, son, aram, şəkilsiz, 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin